FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
29.10.2025 10:35 Hadisə

Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan başlayaraq sabah gündüzədək bəzi ərazilərdə güclü külək əsəcəyi, havanın yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylarda sel və daşqın hadisəsinin baş verəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Rusiya Azərbaycan və Ermənistandan bu addımı gözləyir - “3+3” masasında nə baş verir? 20:50 Dünya çempionatının finalı bu il fərqli olacaq - YENİLİK 20:37 ABŞ İrana genişmiqyaslı zərbə endirdi - Hədəflərin SİYAHISI 20:15 Küləkli havada dənizdə üzmək istəyən gəncin faciəvi sonu 20:22 İran HƏDƏLƏDİ: “Danışıqlar bitdi, cavab verəcəyik!” 20:09 Milli Məclis təsdiqlədi: 50 manat oldu 20:00 Tehranda Çeşmə bazarında etirazlar BAŞLADI - VİDEO 19:52 Patruşev TƏCİLİ xəstəxanaya yerləşdirildi 19:41 Messinin komandası DÇ-dan uzaqlaşdırılacaq? 19:27 Əskinas dəyişmir, şrift dəyişir - Səbəb Rusiyadır 19:19 30 il sonra dəhşətli cinayətin üstü açıldı - TƏFƏRRÜATLAR 19:12 Türkiyə Ermənistan məsələsində Bakı olmadan addım atmayacaq 19:01 Tramp məktəbə hücum görüntülərinin süni intellekt olduğunu dedi 18:49 Hikmət Hacıyev: “Pakistanla münasibətlərimiz mükəmməldir” 18:44 Avropa Ukrayna üçün “sandığın ağzını açdı” 18:30 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatdı 18:23 İsrail və Livan razılaşdı - DETALLAR 18:14 Slovakiya Prezidenti “Sea Breeze”ə getdi 18:06 Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNDİ 17:55 Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək 17:33 Bütün dünya ondan danışır: Azərbaycanlı məktəbli Kodlaşdırma üzrə dünya çempionu oldu 17:16 CENTCOM İrana qarşı yeni zərbə dalğasını başa çatdırdı 17:10 İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir? 16:58 Ukrayna Rusiya büdcəsini dəldi: 48 milyard dollar havaya uçdu 16:56 ABŞ TRIPP dəhlizinə rusu rəhbər qoydu - Sokolov kimdir? 16:53 Bütün Xəbərlər