Putin şəxsi təyyarəsini Xameneini İrandan çıxarmaq üçün göndərib? – İnanılmaz detallar

Putin şəxsi təyyarəsini Xameneini İrandan çıxarmaq üçün göndərib? – İnanılmaz detallar
15.07.2026 15:21

Rusiya Prezidenti Vladimir Putinin istifadə etdiyi və qeyri-rəsmi olaraq “Qiyamət günü təyyarəsi” adlandırılan Tu-214PU-nun Tehrana uçduğuna dair xəbərlər yayılıb.

Əvvəla onu deyim ki, məlumat hələlik Rusiya tərəfindən təsdiqlənməyib. Bu mənada, hələlik iddiadır. Lakin bu iddia indiki məqamda diqqət çəkir.

Məsələ ondadır ki, Tu-214PU Rusiyanın dövlət rəhbərliyi üçün hazırlanmış xüsusi təyinatlı idarəetmə və rabitə təyyarəsidir. O, zahirən adi Tu-214 sərnişin təyyarəsinə bənzəsə də, daxilində tamamilə fərqli avadanlıqlarla təchiz edilib. Bu təyyarənin əsas funksiyası prezidentə və yüksək dövlət rəhbərliyinə uçuş zamanı təhlükəsiz rabitə, fasiləsiz əlaqə və böhran şəraitində ölkənin idarə olunması imkanını təmin etməkdir. Məhz buna görə ona bəzən “uçan komanda məntəqəsi” də deyilir.

Bu təyyarənin “Qiyamət günü təyyarəsi” adlanmasının əsas səbəbi onun ən ağır böhran və ya müharibə şəraitində belə dövlət rəhbərliyinin təhlükəsiz rabitəsini qorumaq və idarəetmə prosesini davam etdirmək üçün nəzərdə tutulmasıdır.

Subyektiv yanaşmam budur ki, həmin təyyarə İranın ali rəhbəri Müctəba Xamenei və yüksək səviyyəli İran dövlət xadimləri, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirləri üçün gəlmiş ola bilər.

Məlum olduğu kimi, bir neçə gündür ABŞ ilə İran arasında hərbi toqquşmalar yenidən başlayıb. Xüsusilə Vaşinqton İranın strateji məntəqələrini hədəfə alır, əvvəlki hücumlarda olduğu kimi, strateji şəxsləri sıradan çıxarmağa çalışır. Düzdür, İran tərəfi də adekvat cavab zərbələri endirir. Hətta deyərdim ki, əvvəlki əməliyyatlardan fərqli olaraq, daha dəqiq və səlis zərbələr vurulur. Bununla belə, İran tərəfinin mövcud vəziyyətdə dövlətin mühüm şəxslərini itirmək niyyəti yoxdur.

İndiki məqamda prioritet şəxs İranın ali rəhbəri Müctəba Xameneidir. Təbii ki, Xameneinin yaralı olmasına dair müxtəlif iddiaların da olduğunu nəzərə alsaq, Tu-214PU təyyarəsində həm İranın ali rəhbərinin, həm də onun vəziyyətindən istifadə edib İranı real idarə edən şəxslərin olduğunu demək mümkündür.

Onu da deyim ki, Rusiya ilə İran arasında son illərdə əməkdaşlıq nəzərəçarpacaq dərəcədə genişlənib. Xüsusilə Ukrayna müharibəsindən sonra Moskva Qərbin sanksiyalarını yumşaltmaq, alternativ iqtisadi və hərbi tərəfdaşlıqlar qurmaq istiqamətində Tehrana daha çox yaxınlaşıb. Lakin hər şeydən öncə İran-ABŞ gərginliyinin davam etməsi Rusiyanın əlini gücləndirir. Kreml bundan istifadə edib Ukraynaya qarşı əməliyyatları daha da aqressivləşdirə bilər. Bu mənada Kremlin İranın strateji şəxslərinin, həmçinin ehtimal olunan ali rəhbərinin təhlükəsizliyini üzərinə götürməsi mümkündür.

Turan Rzayev Globalinfo.az-ın siyasət yazarı

XƏBƏR LENTİ
15 IYUL 2026
Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək 17:33 Bütün dünya ondan danışır: Azərbaycanlı məktəbli Kodlaşdırma üzrə dünya çempionu oldu 17:16 CENTCOM İrana qarşı yeni zərbə dalğasını başa çatdırdı 17:10 İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir? 16:58 Ukrayna Rusiya büdcəsini dəldi: 48 milyard dollar havaya uçdu 16:56 ABŞ TRIPP dəhlizinə rusu rəhbər qoydu - Sokolov kimdir? 16:53 İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər 16:48 Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı 16:43 Rusiya deputatından Azərbaycanla bağlı diqqətçəkən açıqlama 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL 16:10 Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir 16:00 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 15:57 Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər 15:51 Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 15:49 Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi 15:39 XİN Azərbaycan vətəndaşlarına çağırış etdi - BƏYANAT 15:29 Qədim diyarımız Gorusdan görüntülər - VİDEO 15:24 Putin şəxsi təyyarəsini Xameneini İrandan çıxarmaq üçün göndərib? – İnanılmaz detallar 15:21 CENTCOM açıqladı: İrana qarşı zərbələr... 15:11 Putin haqda elə xəbər yayıldı ki... - Ukraynadan qoşunlarını çəkir? 15:07 İranın cənub sahillərinə yeni zərbə: ABŞ Strateji nəqliyyat qülləsini belə vurdu 14:59 Nə sata bilirlər, nə saxlaya... - Tatarıstan neft quyularını bağladı 14:49 Böyük Britaniya yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək 14:46 Bütün Xəbərlər