Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir

Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir
15.07.2026 16:00 Dünya

Qazaxıstan Milli Bankı yeni əskinasların dövriyyəyə buraxılmazdan əvvəl bir sıra keyfiyyət sınaqlarından keçirildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, sınaqlardan biri əskinasların adi paltaryuyan maşında yuyulmasını nəzərdə tutur.

Milli Bankın yaydığı məlumata görə, testlər əskinasların gündəlik istifadə zamanı qarşılaşa biləcəyi şəraiti simulyasiya etmək məqsədi daşıyır. Bu zaman pullar yuyucu vasitələrlə birlikdə suya salınır, mexaniki təsirlərə və temperatur dəyişikliklərinə məruz qoyulur.

Bundan əlavə, mütəxəssislər əskinasların təkrar əyilmə, aşınma və digər fiziki təsirlərə davamlılığını da yoxlayırlar. Bunun üçün çirklənməni təqlid edən xüsusi maddələrdən və uzunmüddətli dövriyyəni simulyasiya edən avadanlıqlardan istifadə olunur.

Qazaxıstan Milli Bankı bildirib ki, bu sınaqlar əskinasların keyfiyyətini artırmağa, onların görünüşünü, təhlükəsizlik elementlərini və istismar xüsusiyyətlərini uzun müddət qoruyub saxlamasına kömək edir.

Hazırda Qazaxıstanda 500, 1000, 2000, 5000, 10000 və 20000 təngə nominallı əskinaslar dövriyyədədir və onlar Almatıdakı əskinas fabrikində istehsal olunur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
İran hamını vurdu, İsrailə toxunmadı – Səbəb nədir? 16:58 Ukrayna Rusiya büdcəsini dəldi: 48 milyard dollar havaya uçdu 16:56 ABŞ TRIPP dəhlizinə rusu rəhbər qoydu - Sokolov kimdir? 16:53 İki parklanma yerini zəbt edən sürücülərə xəbərdarlıq: Qaydalar sərtləşə bilər 16:48 Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı 16:43 Rusiya deputatından Azərbaycanla bağlı diqqətçəkən açıqlama 16:27 İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi 16:23 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi 16:21 Rusiya Azərbaycana hücum təşkil etməklə özünü dünyada biabır edir - TƏHLİL 16:10 Yeni əskinaslar paltaryuyan maşında yuyulur - Pullar belə sınaqdan keçirilir 16:00 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 15:57 Arauxo "Barselona"dan "Atletiko"ya keçə bilər 15:51 Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 15:49 Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verdi 15:39 XİN Azərbaycan vətəndaşlarına çağırış etdi - BƏYANAT 15:29 Qədim diyarımız Gorusdan görüntülər - VİDEO 15:24 Putin şəxsi təyyarəsini Xameneini İrandan çıxarmaq üçün göndərib? – İnanılmaz detallar 15:21 CENTCOM açıqladı: İrana qarşı zərbələr... 15:11 Putin haqda elə xəbər yayıldı ki... - Ukraynadan qoşunlarını çəkir? 15:07 İranın cənub sahillərinə yeni zərbə: ABŞ Strateji nəqliyyat qülləsini belə vurdu 14:59 Nə sata bilirlər, nə saxlaya... - Tatarıstan neft quyularını bağladı 14:49 Böyük Britaniya yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək 14:46 Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı 14:25 İran limanlarına qıfıl vuruldu - ABŞ yarımçıq qoyduğu işi tamamlamaq istəyir 14:23 Dövlətə xəyanət edən şəxs barəsində qərar verildi 14:14 Bütün Xəbərlər