Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa

Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa
06.07.2026 16:33 Cəmiyyət

“Azərbaycan futbol ölkəsi ola bilər. Bu sahəyə ciddi yanaşılsa, yaxın 10 ildə Azərbaycanı yüksək səviyyəyə çatdırmaq mümkündür”. 

Milli Məclisin deputatı Fazil Mustafa bunu TodayPress TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun üçün idman infrastrukturu yaradılmalı, idman stimullaşdırılmalı, sahibkarların idmana vəsait yatırmasının yolları tapılmalı, yəni onlar təşviq edilməli, müəyyən imtiyazlar verilməli və bu kimi addımlar atılmalıdır:

“Hər şey uşaq futbolundan başlamalıdır. Əgər bu istiqamətdə düzgün iş qurulsa, məncə, ciddi problem olmaz. Bütün hallarda heç bir ölkə buna birdən-birə nail olmur. Şərtlər normallaşandan sonra niyə də nəticə əldə edilməsin? Azərbaycanlı başqa ölkələrin vətəndaşlarından fiziki cəhətdən geri qalmır. Kifayət qədər idmançımız müxtəlif fərdi idman növlərində uğur qazanır. Yəni bu, tamamilə mümkündür, sadəcə prosesi düzgün tənzimləmək lazımdır.

Məsələn, necə oldu ki, İslandiya bizdən daha zəif vəziyyətdə olan bir ölkə ikən, sadəcə ispan futbol metodologiyasını və məşqçilərini cəlb etməklə, onlara şərait yaratmaqla qısa müddətdə Avropanın orta səviyyəsindən də yuxarı komandalarından birinə çevrildi? Deməli, bu, mümkündür. Onların əhali potensialı bizdən bəlkə də 50 dəfə azdır. Bəs niyə bunu bacardılar? Deməli, doğru yanaşma mövcud olub”.

Deputatın sözlərinə görə, Azərbaycanda da bu məsələ məhz doğru yanaşmadan asılıdır:

“Bu prosesə qısa müddətdə başlamaq olar. Vaxt çox itirildi, çünki futbola müəyyən mənada qeyri-ciddi yanaşıldı, məşqçilərin və oyunçuların seçimində günü yola vermə taktikası izlənildi. Yerli futbolçuların və komandaların öz yetirmələrinin məcburi şəkildə oynadılması istiqamətində də addımlar atılmadı. Bütün bunlar da öz təsirini göstərdi.

Məsələn, bu gün klubların böyük əksəriyyəti milli komandaya oyunçu verə bilmir. Bir "Qarabağ" istisnadır, qalanlarının isə milli komandada çıxış edən futbolçusu yoxdur. Böyük əksəriyyəti legionerlərdən ibarətdir. Belə olan halda futbolu inkişaf etdirmək mümkün deyil. Kabo-Verde məhz bunu bacardığı üçün dünya çempionatında rəqibləri ilə başabaş mübarizə aparan, hətta Argentinanı belə sıradan çıxarmağa qadir oyun nümayiş etdirən komandaya çevrildi”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
06 JULY 2026
Leyla Əliyeva Qəbələdə gənc rəssama belə dəstək verdi 18:46 NATO-nun Baş katibindən Türkiyə ilə bağlı maraqlı ETİRAF 18:39 Sarkisyanın milyonları əlindən alındı - Dövlət hər şeyə əl qoydu 18:31 İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi 18:21 Tramp və Zelenski Putini “yola gətirməyə” çalışacaq 18:16 Kadırov “məcburam” deyir, amma postu əldən vermir 18:08 Paşinyan Mişustinlə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi 17:55 Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı 17:39 Xəzər dənizi zəhər "qusur" - Dənizə axıdılan nədir? 17:00 Rusiya Ukraynanın işığını yanmağa qoymur 16:57 İsrail siyasi mesajını götürüb... – Politoloq detalları açdı 16:56 Amerika silahlı İŞİD-lə qarşılaşmaqdansa, Şaraanın əlini sıxmağa razıdır 16:50 Paşinyan Rusiyaya "elçi getdi" – Bəlkə də bağışladılar... 16:53 Azərbaycandan Ermənistana 30 vaqon propan qazı göndərildi 17:10 Ermənistanı bədbəxt edən həmin gün: Azərbaycana tarixi qəsd necə rəsmiləşdirildi? 16:46 Himalay dağlarında robot ordu: 3 milyard insan təhlükədə - VİDEO 16:47 Britaniya rusların boğazına çökdü - Noviçoku Moskvaya yeritdi 16:48 Putinin partiyası Kadırovu yenidən "bəy" elan etdi: 19 illik taxt-tac oyunu necə davam edəcək? 16:40 Ankarada tarixi izdiham yaşanır: Trampın korteji dünyada məşhur oldu 16:41 Belarusdan kritik çıxış - Yeni savaşın mesajları necə oxundu? 16:37 Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa 16:33 Rusiya Ukraynada "SOCAR"ın məntəqəsini vurdu: Azərbaycan nota verdi 16:21 Rus xalqı oğullarını yeni milyonluq orduya qurban verəcək? 16:16 Gənclər niyə bölgələri tərk edib Bakıya üz tutur? 16:05 Omskda neft zavodu vuruldu - VİDEO 15:56 All News