Anar Quliyev italiyalı səfirlə görüşdü

Anar Quliyev italiyalı səfirlə görüşdü
19.02.2026 20:25 Cəmiyyət

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə görüşüb.

Dövlət Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, görüş zamanı Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı yüksək qiymətləndirilib, şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Həmçinin qardaşlaşmış şəhərlər platforması çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub, müasir şəhər inkişafı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin və innovativ yanaşmaların əhəmiyyəti vurğulanıb.

Komitə sədri may ayında Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (@WUF13Azerbaijan) İtaliya tərəfinin fəal iştirakına ümidvar olduğunu qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Bütün Xəbərlər