WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı baş tutdu

WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı baş tutdu
19.05.2026 00:10 Xarici siyasət

Mayın 18-də Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü çərçivəsində bir sıra mühüm tədbirlər keçirilib.

TodayPress TV xəbər verir ki, WUF13-ün rəsmi açılış mərasimi baş tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar. Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi.

Sonra UN-Habitat tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirildi və mədəni proqram təqdim olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi. O öz çıxışında 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı olduğunu bildirmişdir. Eyni zamanda o bildirmişdir: “2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik.” İşğaldan azad olunmuş ərazilərin 5 il ərzində keçdiyi bərpa yolundan söz açan Prezident İlham Əliyev Azərbaycan hökumətinin hazırda prioritetində duran Böyük Qayıdış Proqramından ətraflı danışmışdır. 

BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun açılış mərasiminə ünvanladıqları videomüraciətləri nümayiş etdirildi.

Açılış mərasiminin ardınca liderlərin bəyanatları səsləndirildi. WUF13 tədbirində iştirak edən ölkələrin liderləri çıxışları zamanı Prezident İlham Əliyevə təşəkkürlərini ifadə edərək, WUF13 tədbirinin yüksək səviyyədə təşkilini və Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi təşəbbüsləri müsbət qiymətləndiriblər.

Günün proqramı çərçivəsində WUF13-ün açılışına həsr olunan mətbuat konfransı keçirilib. Konfransda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev, eləcə də Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri və BMT-nin Məskunlaşma Proqramının Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq iştirak etdilər. Burada dayanıqlı və inklüziv şəhərlərin qurulması, əlverişli mənzil təminatı, sürətli urbanizasiyanın yaratdığı çağırışlar, post-münaqişə ərazilərində yenidənqurma, “ağıllı şəhərsalma” və beynəlxalq əməkdaşlıq kimi məsələlər yerli və xarici media nümayəndələrinin diqqətinə çatdırıldı.

Konfransın ardınca Anaklaudia Rossbax və Anar Quliyevin iştirakı ilə “Urban Expo” sərgisinin açılışına həsr olunmuş lentkəsmə mərasimi keçirildi. Şəhərsalma və mənzil təminatı sahələrində innovativ yanaşmaları təqdim edən “Urban Expo” sərgisində 82 ölkədən 260 təşkilat və qurumun iştirak etdiyi 130-a yaxın pavilyon nümayiş olunur. Sərgidə ümumilikdə 41 ölkəni təmsil edən milli pavilyon nümayiş etdirilir. Onların ən böyüyü 1500 kvadratmetr ərazini əhatə edən Azərbaycan pavilyonu iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 

Müxtəlif iştirak, vahid baxış

İlk iki gün ərzində 162 ölkədən əyani və onlayn formatda 25 mindən çox iştirakçını bir araya gətirən WUF13 dünyanın ən iri Ümumdünya Şəhərsalma forumlarından biri kimi qiymətləndirilir. 

WUF13 müxtəlif region və sektorlar üzrə geniş beynəlxalq iştirakı ilə davamlı şəhər inkişafı sahəsində dialoq və fəaliyyət üçün aparıcı qlobal platforma rolunu bir daha təsdiqləyir. Forum həmçinin çıxışçılar arasında gender balansının qorunmasına xüsusi önəm verir — dəvət olunmuş spikerlərin 56% qadınlar, 44% isə kişilər təşkil edir.

17–22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçirilən WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Forum minlərlə iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirləri, merləri, biznes nümayəndələrini, akademik çevrələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya toplayır.

TodayPress TV

FOTOLAR

WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı baş tutdu — 1
WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı baş tutdu — 2
WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı baş tutdu — 3
WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı baş tutdu — 4
WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı baş tutdu — 5
WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı baş tutdu — 6
WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı baş tutdu — 7
WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı baş tutdu — 8
WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı baş tutdu — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Bütün Xəbərlər