Ben Qurion Hava Limanı iflic oldu: 107 min sərnişin təhlükə qarşısında
İsrailin əsas hava qapısı olan Ben Qurion Hava Limanında işçilərin gözlənilməz tətili ciddi xaosa səbəb olub.
TodayPress TV xəbər verir ki, işçilərin aksiyası səbəbindən hava limanında fəaliyyət faktiki olaraq dayanıb və saat 14:00-dan etibarən daxil olan reyslərin qəbulu mərhələli şəkildə dayandırılacaq.
Yerli mediaya görə, hava limanında “böhran vəziyyəti” elan edilib. Baqajların yüklənməsi və boşaldılmasında yaranan problemlər, uzun növbələr və kəskin gecikmələr vəziyyəti daha da ağırlaşdırıb. Hazırda ləğvlərdən çox uçuşların gecikdirilməsi və qrafikin dəyişdirilməsi tətbiq olunur.
Ən diqqətçəkən məqam isə sərnişin sayıdır. Ben Quriondan təxminən 107 min sərnişinin və 620-yə yaxın uçuşun keçməsi gözlənilir. Bu, hava limanının ilin ən sıx günlərindən biridir.
Türkan İsgəndərli
TodayPress TV