Qara dəniz regionunda süni intellektin rolu müzakirə edildi

Qara dəniz regionunda süni intellektin rolu müzakirə edildi
24.10.2025 23:00

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquq Məsələləri və Beynəlxalq Əməkdaşlıq Komitəsinin 66-cı sessiyası Borjomi şəhərində baş tutub.

TodayPress TV xəbər verir ki, Azərbaycanın da təmsil olunduğu iclasın əsas mövzusu Qara dəniz regionunda dayanıqlı sosial-iqtisadi inkişafda süni intellektin rolu olub.

Sessiyada Parlament Assambleyasına üzv ölkələrin qanunvericiləri süni intellektin tətbiqi ilə bağlı hüquqi məsələləri və mövcud təcrübələri müzakirə ediblər.

Gürcüstanın nümayəndəsi İrakli Mezurnişvili bildirib ki, süni intellekt regional əlaqələri gücləndirə, dayanıqlı resurs idarəsini və innovasiyaya əsaslanan artımı təkmilləşdirə bilər. O, həmçinin Gürcüstanın milli süni intellekt strategiyasının hazırlanmaqda olduğunu və yeni texnologiyaların insanlara xidmət etməsini əsas məqsəd kimi müəyyən etdiyini vurğulayıb.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili isə süni intellektin iqtisadi artım və məlumat infrastrukturu sahəsində önəmini qeyd edib, Gürcüstanın əlverişli enerji və iqlim resurslarının bu transformasiyada mühüm rol oynadığını bildirib.

İclasda Gürcüstan, Yunanıstan, Rumıniya, Türkiyə, Bolqarıstan və Azərbaycanın parlament üzvləri yekun qətnamənin hazırlanması üçün tövsiyə layihələrini müzakirə edib və komitənin növbəti iclasının keçirilməsi ilə bağlı qərarlar qəbul olunub.

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
“Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 Bütün Xəbərlər