Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi!
Kanadada uşaq oturmaqdan və təhlükəsizlik kəmərini bağlamaqdan imtina etdikdən sonra aviaşirkətinin reysi ləğv edilib.
TodayPress TV xəbər verir ki, "Porter Airlines" aviaşirkətinin reysi Britaniya Kolumbiyasındakı Viktoriya Beynəlxalq Hava Limanının terminalından ayrılaraq uçuş-enmə zolağına doğru hərəkət edib.
Aviaşirkətin məlumatına görə, valideyn və kabin heyəti uşağı oturacağında təhlükəsiz şəkildə yerləşdirməyə dəfələrlə cəhd edib, lakin buna nail ola bilməyib.
Təyyarə valideyn və uşağın, həmçinin onların baqajlarının təyyarədən çıxarılması üçün qapıya qayıtmağa məcbur olub.
Qalan sərnişinlər də uçuş planlarının yenidən təqdim edilməsi və digər sənədləşmə işlərinin tamamlanması zamanı təyyarədən düşməli olublar.
Lakin bu, Toronto istiqamətində uçan reysin uçuş-enmə zolağının saat 00:30-da bağlanma vaxtından sonraya qədər gecikməsinə səbəb olub və sərnişinlər gecəni Britaniya Kolumbiyasında keçirməli olublar.
"Porter Airlines" yaydığı açıqlamada bildirib ki, azyaşlı uşaq öz oturacağında ayaq üstə dayanıb və bu, uçuş üçün təhlükəli şərait yaradıb.
Aysel Mətləb