Niderlandda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu

Niderlandda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu
30.12.2025 13:45 Xarici siyasət

Azərbaycanın Niderlanddakı Səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir təşkil olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə Niderlandda fəaliyyət göstərən Azərbaycan icma təşkilatlarının rəhbər və üzvləri, eləcə də ölkənin müxtəlif şəhər və əyalətlərində yaşayan çoxsaylı soydaşlarımız iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə xaricdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsinin daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və azərbaycançılıq ideologiyasına əsaslanan məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi və şanlı ordumuzun gücü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edən diplomat, dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızın qüdrətli Azərbaycan dövləti ilə fəxr etdiklərini vurğulayıb. M.Əhmədzadə Niderlandda yaşayan həmvətənlərimizin azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin və Azərbaycanın haqq səsinin çatdırılmasında göstərdikləri səylərin əhəmiyyətini xüsusi vurğuıayıb, iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib.

Ardınca çıxış edən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən, Niderlandda yaşayan Azərbaycan icmasının doğma Vətənə bağlılığından və Azərbaycan həqiqətlərinin yayılması istiqamətində fəaliyyətindən bəhs edib, Azərbaycan dövləti tərəfindən diaspor təşkilatlarına göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib. 

Daha sonra əməkdar artist, kamança ustası Xəyyam Məmmədov və Niderlandda yaşayan azərbaycanlı musiqiçilər - tarzən Cavid Səlimov və xanəndə Sadıx Agamaliyevin ifasında vətənpərvərlik ruhunda Azərbaycan musiqiləri səsləndirilib. Tədbirin sonunda musiqiçilər və soydaşlarımız piano ətrafında toplaşaraq milli musiqimizin sevilən nümunələrini böyük coşqu ilə birgə ifa ediblər.

Tədbir Niderlandda yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlər ətrafında birliyini, həmrəyliyini və Vətənə bağlılığını bir daha nümayiş etdirməklə yanaşı, soydaşlarımızı bir araya gətirən və onlar arasında möhkəm bağları daha da gücləndirən bir gün kimi yadda qalıb.

TodayPress TV

FOTOLAR

Niderlandda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu — 1
Niderlandda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu — 2
Niderlandda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu — 3
Niderlandda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu — 4
XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bütün Xəbərlər