Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR

Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR
14.07.2026 14:37

Azərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.

TodayPress TV xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiya prezidentlərinə Ağdamın Baş Qərvənd kəndində görülən işlər barədə məlumat verib.

Baş Qərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkəzindən 18 kilometr məsafədə yerləşir. Uzun illər erməni işğalı altında qalan kənd 2020-ci il noyabrın 20-də azad edilib.

Prezident İlham Əliyev kəndin təməlini 2023-cü il dekabrın 24-də qoyub.

Hazırda kənddə zəruri sosial infrastruktur qurulur, o cümlədən inzibati və xidmət binaları inşa edilir. Burada çoxfunksiyalı inzibati bina, tibb məntəqəsi, tam orta məktəb, uşaq bağçaları olacaq.

Kənddə ümumi uzunluğu 35 kilometr olan avtomobil yolları çəkilir, rabitə sistemi, elektrik, qaz, içməli su və çirkab suların axıdılması şəbəkələri yaradılır. Enerji daşıyıcılarına qənaət etmək məqsədilə Baş Qərvənd kəndində alternativ enerjidən istifadə olunacaq.

Azərbaycan və Slovakiya prezidentlərinə Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbi barədə də məlumat verildi.

Bildirildi ki, məktəbin ərazisi 3 hektardır. Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq.

Burada, eyni zamanda, akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu olacaq.

Binanın elektrik təchizatını təmin etmək üçün Günəş panellərinin quraşdırılması nəzərdə tutulur.

Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq, yaşıllıq zolaqları salınacaq.

Azərbaycan və Slovakiya prezidentləri məktəbin təməlini qoyublar.

Qeyd edək ki, Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.

Sonra dövlət başçıları kənddə inşa edilmiş evdə yaradılan şəraitlə tanış olublar.

Diqqətə çatdırılıb ki, ümumi ərazisi 480 hektara yaxın olan kəndin tikintisi 2 mərhələdə aparılacaq. Birinci mərhələ 200 hektardan çox sahəni əhatə edir. Bu mərhələdə 3703 nəfərin yaşayışı üçün 851 fərdi ev inşa olunacaq. Evlərdən 170-i ikiotaqlı, 417-si üçotaqlı, 145-i dördotaqlı, 119-u isə beşotaqlıdır.

TodayPress TV

FOTOLAR

Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR — 1
Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR — 2
Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR — 3
Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR — 4
Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR — 5
Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR — 6
Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR — 7
Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR — 8
Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR — 9
XƏBƏR LENTİ
14 IYUL 2026
Azərbaycan ərazisindən istifadəyə görə nə qədər pul ödənilir? 15:28 PSJ Luka Dinlə üçillik müqavilə imzalayacaq 15:19 Prezidentlər bir-birinə, görün, nə hədiyyə etdi - VİDEO 15:11 Hazırda bir qrup dələduz fəaliyyət göstərir - İnsanları belə aldadırlar 15:10 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 2 11:00 İran şəhərlərində ardıcıl partlayış səsləri eşidilir: Ölənlər var 14:45 Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR 14:37 Prezidentin maşınında selfi çəkdi - FOTO 14:33 TƏCİLİ: Kreml Azərbaycana qarşı – Bakının Ukraynanı müdafiə etməsi imperiyanı dilə gətirdi 14:15 Nihat Kahveci saxlanıldı 13:55 Sabahın havası açıqlandı - Termometrlər maksimum həddə çatacaq? 13:18 Dosent doktorantura siyasətini kəskin tənqid etdi: Gəncləri elmdən uzaqlaşdırırlar 13:19 Prezidentlərin Şuşa görüşündən video paylaşıldı 13:11 Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı 13:09 Tramp: Hörmüzə tam nəzarət edirik! 13:06 Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası 13:02 İranın əlində nə qalıb? - Tramp rəqəmləri açıqladı 13:00 Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR 12:58 Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi 12:54 Qadınlara eyham vurdu, etiraz seli başladı - Taleh Yüzbəyovun reklamı ilə bağlı müzakirələr səngimir 12:49 Prezidentlər Natəvanın, Bülbülün güllələnmiş büstlərinə baxdılar 12:39 Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...-FOTOLAR 12:33 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 12:24 İran tarixi fürsəti qaçırdı: Amerikan bombaları ölkəyə düşür - SEPAH ərəb ölklərinin boş çöllərinə raket atır 12:14 Ukraynanın Baş naziri istefa verdi 12:12 Bütün Xəbərlər