Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...-FOTOLAR

Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...-FOTOLAR
14.07.2026 12:33 Cəmiyyət

"Çox güman ki, bu yazıdan Bakıdakı rusiyapərəst siyasi dairələr də Ermənistanın Paşinyan hökumətinə qarşı növbəti nifrət yağdırmaq vasitəsi kimi istifadə edəcəklər..."

Artsvaşen(Gədəbəydə sovet dövründə Ermənistan SSR anklavı olmuş Başkənd kəndi-S.L.) Azərbaycan manatı və pasport xəritələrində anklav kimi qeyd olunub . Bu, çox vacib bir nüansdır. Və düşünürəm ki, Alma-Ata Bəyannaməsinə uyğun xəritələrə dəqiq münasibət göstərmək üçün eyni güzgü yanaşmasını nümayiş etdirməliyik, çünki bu, həmin müqavilələrdən və təkcə imzalamadığımız deyil, həm də Ermənistan vətəndaşları tərəfindən faktiki seçkilər yolu ilə təsdiqlənmiş paraflanmış müqavilənin mətnindən irəli gəlir".


TodayPress TV Moderator.az-a istinadən xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 9 iyulda jurnalistlərlə görüşdə bildirib.

Daha sonra Paşinyan əlavə edib: "Amma əminəm ki, Ermənistandakı bu nüans... Məsələn, mən bu barədə cəmi bir ay və ya bir ay yarım əvvəl öyrəndim ki, məsələn,  Azərbaycan xəritəsinin ifadə olunduğu Azərbaycan manatı üzərində Artsvaşen(Başkənd-S.L.) ayrıca fərqli rəngdə, Azərbaycana məxsus olmayan ərazi kimi qeyd olunub . Eyni şey pasportlarda da eyni şəkildə ifadə olunur. Yəni, de-yure, o, Azərbaycana aid deyil".

"İndi bilmirəm, güman edirəm ki, orada insanlar yaşayır, bəlkə də çox dəqiq məlumatım yoxdur. Amma bu, siyasətimizi, münasibətlərimizi və mövqelərimizi inkişaf etdirərkən də daxil olmaqla, çox əhəmiyyətli bir faktdır."

Ermənistandakı rusiyapərəst və revanşistlər dərhal erməni baş naziri “ifşa”sına başlayıblar:


Məsələn, Köçəryan-Sərkisyan klanlarına bağlılığı hiss edilən “Hetq” nəşri "Ya Paşinyan aldadılıb, ya da bizi aldadır" başlıqlı  məqaləsində yazır ki, Paşinyanın açıqlaması manipulyativdir, çünki həqiqətin yarısını təqdim edir.

“Məsələ burasındadır ki  , 2020-ci ildən sonra çap olunmuş Azərbaycan manatı əskinaslarının bütün nüsxələrində Artsvaşen(Başkənd- S.L.) anklav (Ermənistanın anklavı) kimi deyil, Azərbaycan ərazisinin bir hissəsi kimi təqdim olunur ...”

Nəşr xatırladır ki, SSRİ-nin dağılmasından sonra Azərbaycan bir neçə dəfə sikkələr (qəpik - rusca "kopeek" sözündən-guya-S.L.)) və əskinaslar (manat - rusca "moneta" sözündən- guya- S.L.- tam əksinə…) buraxmışdır.


Azərbaycan manatı 1992-ci ildə dövriyyəyə buraxılıb və 1 yanvar 1994-cü ildən etibarən Sovet rublu dövriyyədən çıxarıldığı üçün Azərbaycanda yeganə qanuni ödəniş vasitəsinə çevrilib. Manatla paralel olaraq, onun kiçik sikkəsi olan qəpik (1 manat 100 qəpiyə bərabərdir) dövriyyəyə buraxılıb və sikkə şəklində hazırlanıb.

İlk qəpik sikkələri olan 5, 10, 20 və 50 qəpik nominallı sikkələr 1992-1993-cü illərdə buraxılmışdır. Onların üzərində Azərbaycan xəritəsi yox idi.

"Qəpik" sikkələrinin ikinci buraxılışı 2006-cı ilin yanvar ayından etibarən dövriyyədədir və bu gün də istifadədədir. 1, 3, 5, 10, 20 və 50 qəpik nominallı sikkələr buraxılıb. Onların üz tərəfində Azərbaycanın xəritəsi təsvir olunub, lakin üzərində Sovet dövründə Azərbaycan və Ermənistan ərazisində formalaşmış anklavlar ayrılmayıb. Başqa sözlə,  Artsvaşen(Başkənd- S.L.)  Azərbaycan ərazisindən,  Tiqranaşen(Kərki-S.L.) , Verin Voskepar(Yuxarı əskipara- S.L.)  və  Sofulu-Barxudarlu isə Ermənistan ərazisindəndir...”


Çox güman ki, bu yazıdan Bakıdakı rusiyapərəst siyasi dairələr də Ermənistanın Paşinyan hökumətinə qarşı növbəti nifrət yağdırmaq vasitəsi kimi istifadə edəcəklər...

TodayPress TV

FOTOLAR

Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...-FOTOLAR — 1
XƏBƏR LENTİ
14 IYUL 2026
Dosent doktorantura siyasətini kəskin tənqid etdi: Gəncləri elmdən uzaqlaşdırırlar 13:19 Sabahın havası açıqlandı - Termometrlər maksimum həddə çatacaq? 13:18 Prezidentlərin Şuşa görüşündən video paylaşıldı 13:11 Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı 13:09 Tramp: Hörmüzə tam nəzarət edirik! 13:06 Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası 13:02 İranın əlində nə qalıb? - Tramp rəqəmləri açıqladı 13:00 Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR 12:58 Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi 12:54 Qadınlara eyham vurdu, etiraz seli başladı - Taleh Yüzbəyovun reklamı ilə bağlı müzakirələr səngimir 12:49 Prezidentlər Natəvanın, Bülbülün güllələnmiş büstlərinə baxdılar 12:39 Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...-FOTOLAR 12:33 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 12:24 İran tarixi fürsəti qaçırdı: Amerikan bombaları ölkəyə düşür - SEPAH ərəb ölklərinin boş çöllərinə raket atır 12:14 Ukraynanın Baş naziri istefa verdi 12:12 Prezidentin Slovakiya lideri ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 10:57 Polad Həşimov əsgərlərə səngərə girmək əmri verdi və bu an atılan mərmilər generalın olduğu yerə düşdü 11:45 Pakistandan Macarıstan liderinə hədiyyə - 90 manqo göndərdi 11:44 Bu qurumların əsasında Media və Yayım Şurası yaradılır - TƏSDİQLƏNDİ 11:34 Milli Məclisin növbədənkənar sessiyasının son iclası başladı 11:31 Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər 11:29 Cəbəllütariq iqtisadi iflasdan xilas olmaq üçün İspaniyanın şərtlərini qəbul etdi 11:19 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 11:00 Slovakiya Prezidenti Azərbaycana təbii qazla bağlı dəstəyinə görə təşəkkür etdi 11:16 Prezident Azərbaycan-Slovakiya arasında əlaqələrinin inkişafından danışdı 11:12 Bütün Xəbərlər