Hazırda bir qrup dələduz fəaliyyət göstərir - İnsanları belə aldadırlar

Hazırda bir qrup dələduz fəaliyyət göstərir - İnsanları belə aldadırlar
14.07.2026 15:10 Cəmiyyət

Son vaxtlar internet üzərindən avtomobil satışı adı altında vətəndaşların aldadılması halları artır.

TodayPress TV xəbər verir ki, hüquqşünas Müşfiq Abbasov xaricdən idarə olunduğu ehtimal edilən dələduzluq şəbəkəsinin saxta avtomobil elanları yerləşdirərək yüzlərlə vətəndaşı maddi ziyana saldığını bildirib.


Onun sözlərinə görə, dələduzlar əvvəlcə şəhərdə müxtəlif şəxslərə məxsus avtomobillərin şəkillərini çəkir, daha sonra həmin fotoları internetdə bazar qiymətindən xeyli ucuz məbləğə satışa çıxarırlar:

"Hazırda bir qrup dələduz fəaliyyət göstərir. Bu cinayətkar qrup insanları belə aldadır: şəhərdə ayrı-ayrı vətəndaşlara məxsus olan avtomobillərin şəklini çəkib internetə yerləşdirirlər və avtomobillərin dəyərindən olduqca ucuz qiymətə satıldığını qeyd edirlər. Ucuz qiymət alıcıların diqqətini çəkdiyindən onlar dərhal elanda göstərilən nömrə ilə əlaqə saxlayırlar. Telefonun o biri başındakı şəxs isə əvvəlcədən hazırlanmış ssenari əsasında danışaraq qarşı tərəfdə etibar yaratmağa çalışır. Avtomobil almaq istəyən şəxs elanı görür və dərhal mobil nömrəyə zəng edir. Telefonda danışan şəxs rayonda yaşadığını, yaxın adamının xəstə olduğunu, təcili pula ehtiyacı olduğu üçün avtomobili ucuz satdığını deyir. Danışığı ilə qəmgin və saf insan təəssüratı yaratmağa çalışır".

Hüquqşünas əlavə edib ki, dələduzlar alıcını tələsdirmək üçün başqa müştərilərin də avtomobillə maraqlandığını bildirirlər.

"Həmin şəxs deyir ki, az əvvəl də bir neçə nəfər zəng edib, kim tez qərar versə, avtomobili ona satacaq. Bu isə alıcıda tələskənlik yaradır. Müştəri avtomobili əldən verməmək üçün israr edir ki, satmayın, özüm alıram. Daha sonra isə alıcıdan avtomobil üçün beh adı ilə pul istənilir. Qarşı tərəf bildirir ki, hamı belə deyir, əgər fikrin ciddidirsə, beh göndər. Kart nömrəsi verir və alıcı da adətən 300 manat civarında məbləği həmin karta köçürür. Vətəndaş pulu göndərdikdən sonra göstərilən ünvana yollanır. Lakin rayona çatdıqda artıq telefon nömrəsinə zəng çatmır və aldadıldığını anlayır. Müştəri avtomobilin olduğu deyilən rayona gedir. Ora çatanda isə bayaq danışdığı nömrə artıq bağlı olur. Araşdıranda məlum olur ki, həmin rayonda belə bir avtomobil ümumiyyətlə yoxdur".

Ekspert vurğulayıb ki, bu üsulla artıq ölkədə çoxsaylı vətəndaş zərərçəkənə çevrilib.

"Bu yolla hazırda ölkəmizdə yüzlərlə adam aldadılıb. Belə cinayətlərin araşdırılması da müəyyən çətinliklərlə müşayiət olunur. Bu cinayətkar şəbəkə xaricdən idarə olunduğu və aldadılıb alınan məbləğ 500 manatdan az olduğu üçün polisin onları məsuliyyətə cəlb etməsi də çətindir".

Müşfiq Abbasov vətəndaşlara internetdə yerləşdirilən şübhəli elanlara inanarkən ehtiyatlı olmağı, avtomobili yerində görmədən və satıcının şəxsiyyətini dəqiqləşdirmədən heç bir halda beh göndərməməyi tövsiyə edib.

"İnsanlar bu məsələdə son dərəcədə diqqətli olmalıdır. Tanımadığınız şəxslərə, xüsusilə də avtomobili görmədən və sənədləri yoxlamadan beh göndərmək böyük risk yaradır".

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Hazırda bir qrup dələduz fəaliyyət göstərir - İnsanları belə aldadırlar — 1
XƏBƏR LENTİ
14 IYUL 2026
Dünya üçüncü savaşa hamilə: Afrikada dünya müharibəsi çıxacaq 15:54 Qırğızıstan yanacaq ixracını qadağan etdi 15:46 İran bütün qonşuları təhdid etdi - ölkəmizi nə gözləyir? 15:42 Azərbaycanda hər ev elektrik istehsal edə bilər? – İqtisadçıdan təklif 15:35 Azərbaycan ərazisindən istifadəyə görə nə qədər pul ödənilir? 15:28 PSJ Luka Dinlə üçillik müqavilə imzalayacaq 15:19 Prezidentlər bir-birinə, görün, nə hədiyyə etdi - VİDEO 15:11 Hazırda bir qrup dələduz fəaliyyət göstərir - İnsanları belə aldadırlar 15:10 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 2 11:00 İran şəhərlərində ardıcıl partlayış səsləri eşidilir: Ölənlər var 14:45 Liderlər Ağdamda məktəb binasının təməlini qoydular - FOTOLAR 14:37 Prezidentin maşınında selfi çəkdi - FOTO 14:33 TƏCİLİ: Kreml Azərbaycana qarşı – Bakının Ukraynanı müdafiə etməsi imperiyanı dilə gətirdi 14:15 Nihat Kahveci saxlanıldı 13:55 Sabahın havası açıqlandı - Termometrlər maksimum həddə çatacaq? 13:18 Dosent doktorantura siyasətini kəskin tənqid etdi: Gəncləri elmdən uzaqlaşdırırlar 13:19 Prezidentlərin Şuşa görüşündən video paylaşıldı 13:11 Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı 13:09 Tramp: Hörmüzə tam nəzarət edirik! 13:06 Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası 13:02 İranın əlində nə qalıb? - Tramp rəqəmləri açıqladı 13:00 Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR 12:58 Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi 12:54 Qadınlara eyham vurdu, etiraz seli başladı - Taleh Yüzbəyovun reklamı ilə bağlı müzakirələr səngimir 12:49 Prezidentlər Natəvanın, Bülbülün güllələnmiş büstlərinə baxdılar 12:39 Bütün Xəbərlər