Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası

Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası
14.07.2026 13:02 Təhlil

İranın hərbi-siyasi rəhbərliyinin hədəf alınması və ard-arda baş verən qanlı hadisələr bu gün regionun ən çox müzakirə edilən mövzusudur.

Dövlətin onurğa sütununu təşkil edən bir çox ali rəhbərin eyni vaxtda həyatını itirməsi ölkəni çox ağır bir idarəetmə böhranı ilə üz-üzə qoyub.

Ayətullah Əli Xamenei, Əli Şamxani, Məhəmməd Pakpur, Əbdülrəhim Musavi və Əziz Nəsirzadə kimi dövlətin ən mühüm qərar qəbul edən simalarının artıq həyatda olmaması istənilən dövlət aparatı üçün ölümcül sarsıntıdır.

Bu nəhəng itkilərdən sonra  sağ qalan, lakin hər an hədəfdə olan SEPAH komandanı Əhməd Vahidi və Ali Rəhbərin hərbi müşaviri Seyid Yəhya Səfəvinin də öldürülmə riski son dərəcə yüksəkdir.

Çünki rəqib güclər artıq  siyasi təzyiqlə kifayətlənmir, birbaşa rəhbər şəxsləri fiziki olaraq yox etmək strategiyası ilə hərəkət edir. Vahidi və Səfəvi kimi hərbi beyinlərin də sıradan çıxarılması ordunun regional hərəkət qabiliyyətinə və yeni rəhbərliyin müdafiə planlarına sarsıdıcı zərbə vura bilər.

Ancaq bütün bu sui-qəsdlər  ilk baxışda rejimi zəiflədib çöküşə aparır kimi görünsə də, reallıq daha mürəkkəbdir.

Siyasi müstəvidə Əli Xameneinin ölümündən sonra onun oğlu Müctəba Xameneinin yeni Ali Rəhbər seçilməsi ilə hakimiyyət daxildən dağılmadı, əksinə daha da aqressivləşdi. 

Yeni gələn gənc nəsil rəhbərlik köhnələrə nisbətən daha amansız, güzəştsiz və qətiyyətlidir. Onlar  Qərblə heç bir diplomatiyaya inanmır və daxildəki repressiyaları daha da sərtləşdirirlər.

SEPAH mərkəzi idarəetmədən asılı olmayan, fərqli bölgələrdə müstəqil qərar verə bilən asimmetrik sistemlə işləyir. Buna görə də generalların itirilməsi ordunu tam iflic etmir,  nəzarəti zəiflədir.

Nəzarətsizlik isə  kiçik komandirlərin daha xaotik, proqnozlaşdırılmaz və qisasçı addımlar atmasına yol açır. Reallıq budur ki, ağır zərbələrə baxmayaraq, Tehran asanlıqla yıxılmır.

İran artıq   hər an hər addımı ata bilən təhlükəli bir dövlətə çevirilib.  Hakimiyyətin tamamilə çökməsi üçün generalların öldürülməsi kifayət etmir, ölkə daxilində xalqın və ordunun aşağı eşalonunun rejimə qarşı tam ayağa qalxması lazımdır.  ABŞ bundan müəyyən qədər istifadə etməyə çalışsa da, sona qədər davam etdirə bilmədi.

Jalə Rövşən

XƏBƏR LENTİ
14 IYUL 2026
Nihat Kahveci saxlanıldı 13:55 Sabahın havası açıqlandı - Termometrlər maksimum həddə çatacaq? 13:18 Dosent doktorantura siyasətini kəskin tənqid etdi: Gəncləri elmdən uzaqlaşdırırlar 13:19 Prezidentlərin Şuşa görüşündən video paylaşıldı 13:11 Əhmədinejad "Mossad"la əlaqələrindən" danışdı 13:09 Tramp: Hörmüzə tam nəzarət edirik! 13:06 Vahidi və Səfəvinin fotoları hədəf lövhəsinə qoyuldu - SEPAH-ın iki generalına ölüm fətvası 13:02 İranın əlində nə qalıb? - Tramp rəqəmləri açıqladı 13:00 Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR 12:58 Bakının ortasından bulaq çıxdı, 600 yaşı var və suyu göz yaşı kimi 12:54 Qadınlara eyham vurdu, etiraz seli başladı - Taleh Yüzbəyovun reklamı ilə bağlı müzakirələr səngimir 12:49 Prezidentlər Natəvanın, Bülbülün güllələnmiş büstlərinə baxdılar 12:39 Erməni mediası Azərbaycan pulları üzərindəki xəritələrdə Başkəndin əks olunmasından yazdı...-FOTOLAR 12:33 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 12:24 İran tarixi fürsəti qaçırdı: Amerikan bombaları ölkəyə düşür - SEPAH ərəb ölklərinin boş çöllərinə raket atır 12:14 Ukraynanın Baş naziri istefa verdi 12:12 Prezidentin Slovakiya lideri ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 10:57 Polad Həşimov əsgərlərə səngərə girmək əmri verdi və bu an atılan mərmilər generalın olduğu yerə düşdü 11:45 Pakistandan Macarıstan liderinə hədiyyə - 90 manqo göndərdi 11:44 Bu qurumların əsasında Media və Yayım Şurası yaradılır - TƏSDİQLƏNDİ 11:34 Milli Məclisin növbədənkənar sessiyasının son iclası başladı 11:31 Azərbaycan və Slovakiya Prezidentləri bu gün Ağdama səfər edəcəklər 11:29 Cəbəllütariq iqtisadi iflasdan xilas olmaq üçün İspaniyanın şərtlərini qəbul etdi 11:19 Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 11:00 Slovakiya Prezidenti Azərbaycana təbii qazla bağlı dəstəyinə görə təşəkkür etdi 11:16 Bütün Xəbərlər