Kamran Əliyev Braziliya, İspaniya və Portuqaliya Baş prokurorları ilə görüşdü

Kamran Əliyev Braziliya, İspaniya və Portuqaliya Baş prokurorları ilə görüşdü
24.10.2025 11:25

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliyaya rəsmi səfəri çərçivəsində beynəlxalq tərəfdaşlarla hüquq sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində, həmçinin Baş prokuror Braziliya, İspaniya və Portuqaliya Baş prokurorları ilə ikitərəfli görüşlər keçirib.

Braziliyanın Baş prokuroru Paulo Qonet ilə keçirilmiş görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlər, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə, ətraf mühitin mühafizəsi, iqlim cinayətlərinə qarşı birgə fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi və cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sorğularının icra vəziyyəti müzakirə olunub.

Portuqaliyanın Baş prokuroru Amadeu Quera ilə keçirilmiş görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparıldığını qeyd edib və bu sahədə Portuqaliyanın müsbət təcrübəsinin öyrənilməsi və tətbiqinə maraqlı olduqlarını bildirib.


Daha sonra Baş prokuror Amadeu Quera Ministério Público (İctimai Prokurorluq) və MENAC (Korrupsiyaya Qarşı Milli Mexanizm) barədə məlumat verərək, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin və cinayətlərin bütün təzahürlərinə qarşı birgə səylərin artırılmasının vacibliyini vurğulayaraq, qeyd olunan sahələr üzrə Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsinə maraq göstərib.

İspaniyanın Baş prokuroru Alvaro Qarsia Ortiz ilə keçirilmiş görüşdə cinayətkarlıqla mübarizə, ətraf mühitin mühafizəsi, iqlim cinayətlərinə qarşı birgə fəaliyyətin gücləndirilməsi, eləcə də konkret cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sorğularının icra vəziyyəti müzakirə edilib.

Səfər çərçivəsində Çin, Rusiya, Paraqvay və digər ölkələrin nümayəndə heyətləri ilə də görüşlər keçirilib.

Qarşılıqlı anlayış və etimad əsasında keçirilən görüşlər zamanı tərəflər qurumlararası əməkdaşlığın gələcək inkişafı və genişləndirilməsini müzakirə ediblər.

Görüşlərdə Azərbaycanın Braziliyadakı səfirinin müşaviri Rafiq Rüstəmov da iştirak edib.

Nümayəndə heyətinin Braziliyaya səfəri başa çatıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 Bütün Xəbərlər