Xorvatiya Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Xorvatiya Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu göndərdi
29.05.2025 16:48 Xarici siyasət

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

TodayPress TV xəbər verir ki, təbrik məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikası Hökuməti adından və öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə səmimi münasibətlərə və səmərəli əməkdaşlığa böyük əhəmiyyət verir. Dialoqa, qarşılıqlı hörmətə və tərəfdaşlığa sadiqliyimiz müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verib.

Əminəm ki, Xorvatiya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq ümumi nailiyyətlərimiz əsasında dərinləşəcək, xalqlarımıza tərəqqi və firavanlıq gətirəcəkdir.

Zati-aliləri, bu əlamətdar gün münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasına və onun vətəndaşlarına davamlı rifah, əmin-amanlıq və tərəqqi arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər