Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq...

Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq...
04.08.2026 17:36

Ukrayna Prezidenti Volodimir Zelenski Xersonda mülki şəxsə qarşı həyata keçirilən Rusiya dron hücumunu sərt tənqid edib.

TodayPress TV xəbər verir ki, Zelenski "Teleqram" hesabında paylaşdığı açıqlamada Rusiya qüvvələrinin Xersonda mülki əhaliyə qarşı dronlardan istifadə etməsini "dəhşətli" adlandırıb.

O bildirib ki, bazarda tərəvəz satan şəxsin qəsdən hədəfə alınması mülki əhaliyə qarşı sistemli terrorun növbəti nümunəsidir.

Prezidentin sözlərinə görə, hücumun görüntülərinin Rusiya tərəfi tərəfindən yayılması bu cinayətlərin gizlədilmədiyini, əksinə nümayiş etdirildiyini göstərir.

O vurğulayıb ki, Xersonda mülki insanlara qarşı bu cür hücumlar hər gün baş verir.

Zelenski bildirib ki, Rusiyaya təzyiq artırılmadan, onun hərbi potensialı zəiflədilmədən və etibarlı təhlükəsizlik zəmanətləri təmin olunmadan davamlı sülh mümkün olmayacaq.

O, həmçinin Finlandiya, Baltikyanı ölkələr, Polşa, Rumıniya, Moldova, Cənubi Qafqaz ölkələri və Qazaxıstanı təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə çağırıb.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Rusiya dronunun Xerson bazarında tərəvəz satan mülki şəxsi izləyərək onun yaxınlığında partlayış törətdiyi əks olunub. Məlumata görə, 52 yaşlı kişi qəlpə yaraları və beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, həyatı təhlükədə deyil.

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bu ölkə nüvə tullantılarını “gizlədir” - Dünyada İLK 18:16 Aİ-nin toyuqları Rusiyaya gedə bilmədi 18:10 İsrailin geri çəkilməsi üçün yeni xəritə: Livandan diqqətçəkən təklif 17:48 Ötən ay 11 aptekdə nöqsan aşkarlandı 17:30 724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır! 17:43 Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq... 16:59 T-72: Sovet zirehli texnikasının ən uzunömürlü nümunəsi 17:12 Seutada miqrant böhranında Mərakeş hökümətinin əli var? - İspaniya araşdırır 17:27 Yannik Sinner təcili tibbi müayinədən keçirilir! 17:20 Çoxmərtəbəli binada yanğın: 16 nəfər xilas edildi 17:18 Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə! 17:16 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı 15:55 Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Bütün Xəbərlər