Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi?

Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi?
04.08.2026 15:16 Araşdırma

Qədim İrəvan şəhərində və ümumilikdə Qərbi Azərbaycan ərazisində tarixən çoxsaylı məscidlər, kilsələr və digər dini-mədəni irs nümunələri mövcud olub. Lakin müxtəlif dövrlərdə baş verən müharibələr, işğallar və siyasi proseslər nəticəsində bu abidələrin əksəriyyəti dağıdılıb, təyinatı dəyişdirilib və ya tamamilə məhv edilib. Tarixi mənbələrdə adı keçən belə abidələrdən biri də İrəvan şəhərində yerləşən Rəcəb Paşa məscididir.

TodayPress TV xəbər verir ki, bu barədə siyasi ekspert, ilahiyyatçı Tural İrfan danışıb.


O bildirib ki, Rəcəb Paşa məscidi XVIII əsrdə Osmanlı hakimiyyəti dövründə inşa edilmiş və uzun müddət İrəvanın mühüm dini-memarlıq abidələrindən biri olub.

"1724-cü ildə İrəvan yenidən Osmanlı dövlətinin nəzarətinə keçdikdən sonra türk sərkərdəsi Rəcəb Paşa şəhərin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirib. Həmin tədbirlər çərçivəsində yeni bir məscidin tikintisinə göstəriş verilib. Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın elmi araşdırmalarına əsasən, 1725-ci ildə İrəvan qalasının daxilində inşa edilən bu məscid sonradan onu tikdirən şəxsin adı ilə – Rəcəb Paşa məscidi adlandırılıb".

Onun sözlərinə görə, məscid dövrünün memarlıq xüsusiyyətlərini özündə əks etdirirdi.

"Rəcəb Paşa məscidi düzgün paralelepiped formasında tikilmiş, sferik günbəzlə örtülmüşdü. Tikili Şərq memarlıq üslubuna uyğun həndəsi ornamentlərlə bəzədilmişdi və İrəvan qalasının ən diqqətçəkən dini abidələrindən hesab olunurdu. 1827-ci ildə İrəvan qalasının Rusiya imperiyasının qoşunları tərəfindən işğalından sonra məscidin taleyi dəyişdirilib. 1827-ci il oktyabrın 1-də İrəvan qalası rus qoşunları tərəfindən işğal olunduqdan cəmi bir gün sonra məscidin günbəzindəki ay-ulduz götürülərək onun yerinə xaç və kilsə zəngi asılıb. Bununla da Rəcəb Paşa məscidi rus pravoslav kilsəsinə çevrilib. Sonrakı dövrdə binanın xarici görünüşü də dəyişdirilib, fasadına silindrik sütunlar əlavə olunub, dam örtüyü yenilənib və tikili xristian məbədi formasına salınıb".

Ekspert vurğulayıb ki, həmin tikilinin tarixi görünüşü dövrün təsviri sənət nümunələrində də əksini tapıb.

"Rəssam Frans Rubonun İrəvan qalasının işğalını əks etdirən məşhur əsərində ön planda Rəcəb Paşa məscidi və onun minarəsi, arxa planda isə Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidi təsvir olunub. Bu əsər həmin dövrdə İrəvanın memarlıq simasını öyrənmək baxımından mühüm mənbələrdən biridir".

Tural İrfan əlavə edib ki, sonrakı illərdə bu tikili də tamamilə aradan qaldırılıb.

"1930-cu illərdə Sovet hakimiyyəti dövründə həyata keçirilən 'Allahsızlar' kampaniyası zamanı artıq pravoslav kilsəsinə çevrilmiş bina da sökülərək yer üzündən silinib. XX əsrin əvvəllərində İrəvandakı digər Azərbaycan məscidləri də müxtəlif məqsədlərlə istifadə olunub. 1918–1920-ci illərdə erməni daşnak hökuməti dövründə, daha sonra isə Sovet Ermənistanının ilk illərində Sərdar, Təpəbaşı, Sərtib xan və Hacı Novruzəli bəy məscidlərində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı".

İlahiyyatçı vurğulayıb ki, 1924-cü ildən etibarən İrəvanın yeni baş planının icrasına başlanıldıqdan sonra Azərbaycan xalqına məxsus tarixi-memarlıq irsinin sistemli şəkildə sıradan çıxarılması prosesi sürətlənib.

"1924-cü ildə İrəvan şəhərinin baş planı təsdiq edildikdən sonra ilk növbədə şəhərin mərkəzində yerləşən azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin sökülməsinə başlanıldı. Onların yerində yaşayış məhəllələri, meydanlar və parklar salındı".

O, rəsmi mənbələrə istinadən qeyd edib ki, vaxtilə İrəvanda çoxsaylı məscid fəaliyyət göstərsə də, onların böyük hissəsi günümüzə qədər gəlib çatmayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? — 1
XƏBƏR LENTİ
04 AVQUST 2026
Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı 15:55 Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad 13:30 Bütün Xəbərlər