UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi

UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi
20.08.2026 15:46

Yəmən sahillərində təhlükə siqnalı verən tanker silahlı şəxslər tərəfindən ələ keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) "X" sosial şəbəkəsində məlumat yayıb.

“UKMTO gəminin göyərtəsinə altı silahlı şəxsin mindiyini və hazırda gəmini onların nəzarətdə saxladığını təsdiqləyib”, – deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, ələ keçirildikdən sonra tanker marşrutunu dəyişib və hazırda Somali sahillərinə doğru hərəkət edir.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar araşdırmaya başlayıb. Hadisə yerinin yaxınlığında olan gəmilərin ekipajlarına ehtiyatlı olmaları və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə edilib.

Avqustun 20-də Yəmən sahilləri boyunca hərəkət edən tanker təhlükə siqnalı verib. Siqnal gəminin Əl-Mükəlla şəhərindən 135 dəniz mili şərqdə olduğu zaman daxil olub. Həmin vaxt Ədən körfəzində qərbə doğru hərəkət edən tankerinin ekipajı naməlum bir gəminin onlara yaxınlaşdığını bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər