Qərb Rusiyanı artıq dəfn edib, Moskva isə tabutu başqası üçün hazırladığını açıqladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskvanın müvəqqəti qərarlarla və ya ultimatumlarla razılaşmayacağını bildirib.
TodayPress TV xəbər verir ki, Lavrov bu barədə "Primakov qiraətləri" beynəlxalq elmi-ekspert forumunda çıxışı zamanı danışıb.
Nazirin sözlərinə görə, Ukrayna məsələsi Rusiya üçün prinsipial əhəmiyyət daşıyır və Moskva nə müvəqqəti, nə də aralıq həll variantlarını qəbul edəcək.
Lavrov qeyd edib ki, Rusiyanın qərbində yerləşən bəzi ölkələr Kiyev hakimiyyətini silahla təmin etməklə yanaşı, danışıqları Rusiyanın kapitulyasiyasının rəsmiləşdirilməsi prosesi kimi təqdim etməyə çalışırlar.
Rusiyalı nazir belə yanaşmanın özünü siyasətçi adlandıran şəxslərə yaraşmadığını vurğulayaraq, bunun müsbət nəticələrə gətirib çıxarmayacağını bildirib.
Qiymət Mahir