Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi

Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi
24.06.2026 13:45 Hadisə

Binəqədi şosesində yerləşən açıq kanalizasiya quyusu və yolun bərbad vəziyyəti ilə bağlı vətəndaş narazılığı səsləndirilib.

TodayPress TV xəbər verir ki, vətəndaşın sözlərinə görə, Binəqədi şosesinin “Yeni Yol” adlanan ərazisində yerləşən kanalizasiya quyusunun qapağı bir aydan çoxdur ki, yoxdur. O bildirib ki, ümumiyyətlə, yağışlardan sonra həmin ərazidən Binəqədi şosesi–Mehdiabad kəsişməsinədək yol yararsız vəziyyətə düşür.

Şikayətçi qeyd edib ki, Mehdiabad kəsişməsində yerləşən digər kanalizasiya qapağının ətrafında da çökmə yaranıb.

Onun iddiasına görə, nə Binəqədi Rayon İcra Hakimiyyəti, nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, nə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sözügedən problemlə maraqlanır.

Vətəndaş bildirib ki, hər gün çoxsaylı avtomobilə ziyan dəyir, yolun həmin hissəsində uzun tıxaclar yaranır. O vurğulayıb ki, bir neçə qəsəbə üçün əhəmiyyət daşıyan yol baxımsız vəziyyətdə qalıb.

Şikayətçi sonda qeyd edib ki, qurumların öz vəzifələrini lazımi şəkildə yerinə yetirməməsi vətəndaşları problemlərinin həlli üçün daha yüksək instansiyalara müraciət etməyə vadar edir.

Xanım Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Süni intellekt “canlı” virus yaratdı: Alimlər TƏHLÜKƏDƏN narahatdır 23:01 Təbiətin möcüzəsi: Yerin altında “inci xəzinəsi” tapıldı 23:05 5 qat NBA çempionu vəfat etdi 23:09 Zelenski qışla bağlı həyəcan təbili çaldı: “Heç biri salamat deyil” 23:14 Cəlilabadda güclü partlayış: transformator alışıb yandı - VİDEO 00:58 Dünyanın ən yaşlı prezidenti yoxa çıxdı 23:18 Kanadada sakinlər helikopterlə təxliyə edildilər - DƏHŞƏTLİ MƏNZƏRƏ 23:53 Türkiyə Qara dənizin qapılarını açdı: Tankerlər hərəkətə keçdi 23:22 Azərbaycan müharibə vaxtı İrana necə kömək edib? - “2 saat çəkmədi ki…” 22:36 Trampın qolf klubuna iki təyyarə yaxınlaşdı: F-16-lar təcili müdaxilə etdi - VİDEO 22:48 Trampdan İranla bağlı müəmmalı çıxış: “Səssiz hərəkət edirik” 22:28 İran Hörmüz boğazında qaydaları dəyişdi: Bu gəmilər keçə bilməyəcək 22:24 İranda nə baş verəcəkdi? Pezeşkian ölkəsi ilə bağlı dəhşətli planı açıqladı 21:57 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 21:23 Tramp İranla nüvə sazişi qarşılığında bunu istəyir - Siyasi “alver” 21:05 Rusiya Ukraynanın enerji damarına ZƏRBƏ VURDU - Ciddi dağıntılar var 20:40 Həkim olmaq istəyənlər üçün MÜHÜM XƏBƏR 20:25 HƏMAS-dan şərt: Atəşkəs üçün bu addımlar atılmalıdır 19:55 Rusiya Suriyadakı hərbi bazalarını itirir - SON DƏQİQƏ 19:37 Neft Terminalındakı yanğınla bağlı TƏBİB HƏRƏKƏTƏ KEÇDİ 19:02 Neft Terminalındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ 16:36 ABŞ PUA-sı Cibutidə yerə çırpıldı - VİDEO 18:49 Gecə şəhəri səsə boğan motosikletçilərə qarşı əməliyyat keçirildi 18:44 Çayda itkin düşən gəncdən xəbər var 18:19 Bütün Xəbərlər