Hantavirus ölkələri qarışdırdı — 42 gün sonra...

Hantavirus ölkələri qarışdırdı —  42 gün sonra...
24.06.2026 13:56 Sağlamlıq

ABŞ Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) iyunun 24-də hantavirusla bağlı həyata keçirilən cavab tədbirlərini rəsmi olaraq dayandıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" CDC-nin direktor vəzifəsini icra edən Cey Bhattacaryaya istinadən məlumat yayıb.

Bildirilir ki, qərar MV Hondius kruiz gəmisinin ABŞ-dən olan bütün sərnişinlərinin Nebraska Universiteti Tibb Mərkəzində yerləşən Regional Yeni Xüsusilə Təhlükəli Patogenlərin Müalicə Mərkəzində 42 günlük karantin müddətini başa vurmasından sonra qəbul edilib. Səhiyyə rəsmilərinin məlumatına görə, karantində olan şəxslərin heç birində hantavirus aşkarlanmayıb.

Qeyd edək ki, MV Hondius gəmisi aprelin 1-də Argentinanın Uşuaya şəhərindən Kanar adalarına yola düşüb. Səfər zamanı gəmidə səkkiz nəfərdə hantavirus təsdiqlənib, onlardan üçü həyatını itirib. Gəmidə əsasən ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları olmaqla, təxminən 150 nəfər olub.

Hantaviruslar əsasən kiçik məməlilərdə rast gəlinən viruslar ailəsinə daxildir. Virus insanlara da keçə bilər və ağır hallarda ağciyərlərin zədələnməsi, ürək çatışmazlığı, eləcə də hemorragik qızdırmaya səbəb ola bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 IYUN 2026
Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI 15:16 Ərdoğan ifşa etdi: Türklər, kürdlər, ərəblər və farslar hədəfdə imiş! 15:02 Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu 15:04 Prezident Numan Kurtulmuşu qəbul etdi 14:49 Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da 14:31 Sidik yolu infeksiyası: Necə yaranır, əlamətləri nələrdir və necə müalicə olunur? 14:26 Ağacəkmə mərasimində səmimi anlar: Pezeşkian Pakistan rəsmilərini necə təəccübləndirdi? - VİDEO 14:19 Rusiyanın dilindən Zəngəzur dəhlizi düşmür - Vəziyyət gərginləşir 14:18 Sosial şəbəkə ilə terror göstərişi verən silahlı vuruldu 14:11 Qərb Rusiyanı artıq dəfn edib, Moskva isə tabutu başqası üçün hazırladığını açıqladı 14:09 Tramp İranı borclu çıxarır, amma özü borc ödəyir 14:02 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti ucuzlaşdı 14:00 Hantavirus ölkələri qarışdırdı — 42 gün sonra... 13:56 Sərnişin var, vaqon yox - Qatar biletləri niyə çatmır? 13:54 Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi 13:56 “.az” domeni olanların nəzərinə: Saytınıza xitam verilə bilər! 13:40 Rusiya Ermənistana umud olub, hər şey İrəvandan asılıdır 13:39 4 gənc suda ölümün pəncəsindən belə xilas ola bilərmiş - Keçmiş üzgüçü ilginc sirri açdı 13:29 Azərbaycan iqtisadiyyatı xəstələnib - O məmura görə sıfır... 13:28 Sabah Bakıda hava necə olacaq? 13:20 Bakı–Naxçıvan aviareysləri bu səbəbdən ləğv edildi 13:08 İran Amerikaya təşəkkür etdi: Bütün dünya bu məktubdan danışır 13:02 Xüsusi karantin rejiminin müddəti uzadıldı 13:00 Qərbi Azərbaycan festivalı iranlıları özündən çıxartdı 12:55 Qalibaf Bakıda hər şeyi danışdı - Biz buna hazırıq... 12:47 Bütün Xəbərlər