Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu

Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu
24.06.2026 14:55 Cəmiyyət

Bakı Hərbi Prokurorluğunun əsaslı təmir edilərək yenidən qurulan inzibati binasının açılış mərasimi keçirilib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbirdə Baş prokuror Kamran Əliyev, həmçinin Baş Prokurorluğun və Hərbi Prokurorluğun rəhbər heyəti, digər rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, uzun illər prokurorluq orqanlarının fəaliyyət göstərdiyi inzibati bina əsaslı təmir edilərək müasir standartlara uyğun yenidən qurulub. Yenidənqurma işləri çərçivəsində bina prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin operativliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə tam yenilənib. Binada əməkdaşların rahat və funksional fəaliyyəti üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar, vətəndaş qəbulu bölməsi, akt və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından ən son tələblərə uyğun şəkildə modernləşdirilib.

Qeyd olunub ki, inzibati binada "Elektron Prokurorluq" informasiya sistemi tam şəkildə tətbiq olunub. Sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, fəaliyyətin çevikliyi və şəffaflığı daha da artırılır.

İnzibati bina ilə tanışlıqdan sonra akt zalında iclas keçirilib.

Açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Bakı Hərbi Prokurorluğunun inzibati binasının istifadəyə verilməsi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının növbəti ildönümünə təsadüf etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, hərbi prokurorluq orqanları Silahlı Qüvvələrlə sıx qarşılıqlı fəaliyyət şəraitində qanunçuluğun, hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərərək dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verib.

Baş prokuror vurğulayıb ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğu siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə həyata keçirilən islahatlar ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasına əsaslanaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, prokurorluq orqanlarının maddi-texniki təminatının gücləndirilməsi və rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi hüquq-mühafizə sistemində həyata keçirilən institusional islahatların mühüm istiqamətlərindəndir. İstifadəyə verilən yeni inzibati binanın iş proseslərinin çevikliyinin artırılmasına, vətəndaş müraciətlərinə daha operativ baxılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyi bildirilib.

Kamran Əliyev həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması ölkədə müasir və dayanıqlı infrastrukturun formalaşdırılmasına xüsusi təkan verir. O vurğulayıb ki, Bakı Hərbi Prokurorluğunun inzibati binası da müasir idarəetmə tələblərinə uyğun qurulmuş iş mühitinin nümunəsidir. Baş prokuror əməkdaşları yeni şəraitdən səmərəli istifadə etməyə, peşə hazırlığını daim artırmağa, fəaliyyətlərində qanunçuluq, obyektivlik və dövlətçilik prinsiplərinə sadiq qalmağa çağıraraq onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev yaradılmış müasir iş şəraitinin hərbi prokurorluq əməkdaşlarının üzərinə düşən vəzifələri daha yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirmələrinə xidmət edəcəyini bildirib.

TodayPress TV

FOTOLAR

Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 1
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 2
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 3
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 4
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 5
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 6
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 7
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu — 8
XƏBƏR LENTİ
24 IYUN 2026
Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapıldı 16:15 Pakistanın Azərbaycandakı səfirliyi bu tarixlərdə işləməyəcək 15:53 Azərbaycanlı ABŞ-nin hərbi attaşesi təyin edildi – FOTO 15:48 ABB hesablarında problem: Kartlardan əlavə vəsaitlər silinir 15:34 Zelenski Putinlə danışıqları TƏLƏB edir, təklif etmir 15:27 Qolu Amerikada atır, "time out"u Kanadada keçirir — İranın başına gələn müsibətlər 15:22 Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI 15:16 Ərdoğan ifşa etdi: Türklər, kürdlər, ərəblər və farslar hədəfdə imiş! 15:02 Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu 15:04 Prezident Numan Kurtulmuşu qəbul etdi 14:49 Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da 14:31 Sidik yolu infeksiyası: Necə yaranır, əlamətləri nələrdir və necə müalicə olunur? 14:26 Ağacəkmə mərasimində səmimi anlar: Pezeşkian Pakistan rəsmilərini necə təəccübləndirdi? - VİDEO 14:19 Rusiyanın dilindən Zəngəzur dəhlizi düşmür - Vəziyyət gərginləşir 14:18 Sosial şəbəkə ilə terror göstərişi verən silahlı vuruldu 14:11 Qərb Rusiyanı artıq dəfn edib, Moskva isə tabutu başqası üçün hazırladığını açıqladı 14:09 Tramp İranı borclu çıxarır, amma özü borc ödəyir 14:02 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti ucuzlaşdı 14:00 Hantavirus ölkələri qarışdırdı — 42 gün sonra... 13:56 Sərnişin var, vaqon yox - Qatar biletləri niyə çatmır? 13:54 Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi 13:56 “.az” domeni olanların nəzərinə: Saytınıza xitam verilə bilər! 13:40 Rusiya Ermənistana umud olub, hər şey İrəvandan asılıdır 13:39 4 gənc suda ölümün pəncəsindən belə xilas ola bilərmiş - Keçmiş üzgüçü ilginc sirri açdı 13:29 Azərbaycan iqtisadiyyatı xəstələnib - O məmura görə sıfır... 13:28 Bütün Xəbərlər