Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI

Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI
24.06.2026 15:10 Cəmiyyət
Son günlər sosial şəbəkələrdə 18 il əvvələ aid yayılan bir video maraqlı müzakirələrə səbəb olub. İstifadəçilər həmin görüntülərdəki gənclərin indiki yaşıdlarından daha böyük göründüyünü qeyd edirlər. Maraqlıdır, niyə əvvəlki nəsillər öz yaşlarından daha yaşlı görünürdü, müasir insanlar isə daha gənc təsir bağışlayır?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan sosioloq Hüseyn İbrahimov bildirib ki, bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müşahidə olunur.

Onun sözlərinə görə, bunun formalaşmasında həm obyektiv, həm də subyektiv amillər rol oynayır. Ekspert ilk növbədə insanların həyat tərzində baş verən dəyişikliklərə diqqət çəkib.

“Fiziki əməyin və gündəlik aktivliyin azalması insanların həm daxili inkişafına, həm də zahiri görünüşünə təsir göstərir. Bundan əlavə, uşaqlıqdan başlayaraq qidalanma vərdişləri və digər sosial faktorlar da insanın xarici görünüşünün formalaşmasında mühüm rol oynayır”, – deyə o qeyd edib.

Sosioloq hesab edir ki, qloballaşmanın təsiri ilə həyat tərzi və dəb anlayışları da dəyişib. Geyim üslubu, saç düzümləri, musiqi zövqü və ümumilikdə həyat stili əvvəlki dövrlərlə müqayisədə fərqlənir.
Onun fikrincə, bu dəyişikliklər insanların daha gənc görünməsinə səbəb olan əsas amillərdəndir. 

“Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan gənclərin zahiri görünüşündə oxşarlıqlar müşahidə olunur. Qlobal tendensiyalar insanların xarici görünüşünə və özünüifadə formasına ciddi təsir göstərir”, – deyə ekspert vurğulayıb.

Hüseyn İbrahimov əlavə edib ki, bütün bu faktorların təsiri nəticəsində müasir dövrdə həm gənclər, həm də orta yaşlı insanlar əvvəlki nəsillərlə müqayisədə daha cavan görünürlər.
Xanım Musayeva
XƏBƏR LENTİ
13 AVQUST 2026
DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Bir illik sülhdən sonra ilk ünvan: NAXÇIVAN 12:12 SON DƏQİQƏ: Qardaş ölkədə şiddətli zəlzələ oldu 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 İran Trampın təyyarəsini vurmaq istəyib? - ŞOK SSENARİ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 Xocalıda insan sümüyünə bənzər qalıqlar tapıldı 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Tarixin ən isti avqustunu yaşayırıq 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Azərbaycan regionun nəqliyyat xəritəsini dəyişəcək – ŞƏRH 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 Başqırdıstanda "Wildberries"in böyük anbarı yanır -VİDEO 10:14 Azərbaycan dueti zirvədə: Türkiyədə bütün rəqiblərə qalib gəldilər! 10:05 Bakı - Tbilisi qatarında müəmma: Nə baş verir? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Dünya bazarında Azərbaycan nefti ilə bağlı yenilik 09:30 Bakının mərkəzində obyekt yandı, mənzillərə də ziyan dəydi 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 “Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro! 08:54 Bütün Xəbərlər