Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlandı

Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlandı
23.11.2025 06:33

Əhalisinin sayına görə Afrikanın ən böyük ölkəsi sayılan Nigeriyada bir katolik məktəbindən 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb. Bu hadisə ölkədə bir həftə ərzində baş verən ikinci belə basqındır.

TodayPress TV xəbər verir ki, qaçırılanların ümumi sayı 303 şagird və 12 müəllim olub. Hadisə Saint Mary katolik məktəbində baş verib.

Bildirilir ki, qaçırılan şagirdlər arasında qızlar da var. Nigeriya polisi qaçırılan insanları tapmaq üçün əməliyyata başlayıb, yaxınlıqdakı meşə zonaları axtarılır. Hadisədən dərhal sonra Nigeriya Prezidenti beynəlxalq səfərlərini ləğv edib və ölkədəki təhlükəsizlik qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Nigeriyanın şimal qərbindəki Maqa vilayətində yerləşən internat məktəbinə silahlı hücum nəticəsində 25 məktəbli qız oğurlanaraq naməlum istiqamətə aparılıb.

Bu hadisələr ABŞ Prezidenti Donald Trampın Nigeriyanı xristianların öldürülməsinə cavab olaraq hərbi müdaxilə ilə hədələdiyi bir dövrə təsadüf edir. Qeyd olunur ki, bu hadisə son 11 ildən bəri baş vermiş ilk böyük sayda şagird oğurluğu hadisəsidir. Borno vilayətindəki bir məktəbə böyük hücum 2014-cü ildə Boko-Haram terrorçu qruplaşmasının üzvləri tərəfindən edilmişdi. Həmin hücumda 276 tələbə oğurlanmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı, insanlar təxliyə edilir - VİDEO 09:15 İİKK: ABŞ İranla müharibədə məğlub oldu 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 Gürcüstanda dövlət bayraqları yarıya endirildi 10:39 Antarktidadan gələn soyuq dalğası Yeni Zelandiyanı vurdu 10:24 Paşinyandan Azərbaycan mesaj: “Sülh bərqərar olub” 10:07 Pezeşkian ABŞ-yə səsləndi: “Amerika evinə qayıtmalıdır!” 09:56 Rusiya Kiyevə zərbələr endirdi: Ölənlər və yaralananlar var - GÖRÜNTÜLƏR 09:36 ABŞ-dən Kolumbiyaya 1 milyard dollar - SƏBƏB 09:26 Rusiyada neft zavodu hədəfə alındı - VİDEO 09:31 Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq 09:20 Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı 09:11 Azərbaycan XİN-dən Gürcüstanla bağlı AÇIQLAMA: Sülh yolu ilə həlli dəstəkləyirik 09:07 Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı! 00:44 Gecələr tez-tez oyanırsınızsa... - Terapevt SƏBƏBİNİ açıqladı 00:34 İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi 00:28 Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 Bütün Xəbərlər