Fon der Lyayen: “Avropa öz təhlükəsizliyinə özü cavabdeh olmalıdır”

Fon der Lyayen: “Avropa öz təhlükəsizliyinə özü cavabdeh olmalıdır”
14.02.2026 21:15

"Onilliklər ərzində müdafiə məsələlərində ABŞ-yə arxalanan Avropa İttifaqı (Aİ) indi məsuliyyəti öz üzərinə götürməlidir".

TodayPress TV xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bəyan edib.

Aİ sədri vurğulayıb ki, Avropa kosmik sahə, kəşfiyyat və uzaqmənzilli zərbə imkanları daxil olmaqla strateji vasitələri inkişaf etdirməlidir. Fon der Lyayenin sözlərinə görə, Avropanın təhlükəsizliyi hər zaman prioritet vəzifə kimi qəbul edilməyib, lakin bu yanaşma artıq köklü şəkildə dəyişib.

Ursula fon der Lyayen xüsusilə Aİ müqaviləsinin 42.7-ci maddəsində nəzərdə tutulan qarşılıqlı müdafiə bəndinin tətbiqinə diqqət çəkib və bildirib ki, bu mexanizmi reallaşdırmağın vaxtı çatıb.

Qeyd edək ki, həmin maddəyə əsasən, Aİ-yə üzv ölkə silahlı təcavüzə məruz qalarsa, digər üzv dövlətlər ona mövcud olan bütün vasitələrlə yardım və dəstək göstərməyə borcludur. Bu yardım mütləq hərbi xarakter daşımaya bilər və siyasi, humanitar və ya maliyyə dəstəyi formasında da təqdim oluna bilər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Azərbaycanlı ABŞ-nin hərbi attaşesi təyin edildi – FOTO 15:48 ABB hesablarında problem: Kartlardan əlavə vəsaitlər silinir 15:34 Zelenski Putinlə danışıqları TƏLƏB edir, təklif etmir 15:27 Qolu Amerikada atır, "time out"u Kanadada keçirir — İranın başına gələn müsibətlər 15:22 Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI 15:16 Ərdoğan ifşa etdi: Türklər, kürdlər, ərəblər və farslar hədəfdə imiş! 15:02 Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu 15:04 Prezident Numan Kurtulmuşu qəbul etdi 14:49 Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da 14:31 Sidik yolu infeksiyası: Necə yaranır, əlamətləri nələrdir və necə müalicə olunur? 14:26 Ağacəkmə mərasimində səmimi anlar: Pezeşkian Pakistan rəsmilərini necə təəccübləndirdi? - VİDEO 14:19 Rusiyanın dilindən Zəngəzur dəhlizi düşmür - Vəziyyət gərginləşir 14:18 Sosial şəbəkə ilə terror göstərişi verən silahlı vuruldu 14:11 Qərb Rusiyanı artıq dəfn edib, Moskva isə tabutu başqası üçün hazırladığını açıqladı 14:09 Tramp İranı borclu çıxarır, amma özü borc ödəyir 14:02 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti ucuzlaşdı 14:00 Hantavirus ölkələri qarışdırdı — 42 gün sonra... 13:56 Sərnişin var, vaqon yox - Qatar biletləri niyə çatmır? 13:54 Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi 13:56 “.az” domeni olanların nəzərinə: Saytınıza xitam verilə bilər! 13:40 Rusiya Ermənistana umud olub, hər şey İrəvandan asılıdır 13:39 4 gənc suda ölümün pəncəsindən belə xilas ola bilərmiş - Keçmiş üzgüçü ilginc sirri açdı 13:29 Azərbaycan iqtisadiyyatı xəstələnib - O məmura görə sıfır... 13:28 Sabah Bakıda hava necə olacaq? 13:20 Bakı–Naxçıvan aviareysləri bu səbəbdən ləğv edildi 13:08 Bütün Xəbərlər