Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər

Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər
22.06.2026 21:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb və tərəflər ABŞ-İran razılaşmasını müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Telefon danışığı zamanı Türkiyə-İran ikitərəfli münasibətləri, həmçinin regional və qlobal gündəmdə yer alan məsələlər müzakirə olunub.

Ərdoğan İran ilə ABŞ arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Türkiyə prosesin sülhlə nəticələnməsi üçün bütün mümkün dəstəyi göstərməyə hazırdır.

Türkiyə lideri danışıqlar prosesini pozmağa çalışan qüvvələrə qarşı diqqətli davranmağın vacibliyini vurğulayıb.

Ərdoğan yeni dövrdə regional sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində addımların atılmasının zəruri olduğunu qeyd edib və Ankaranın bu məqsədə nail olunması üçün fəaliyyətini davam etdirəcəyini bildirib.

Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ticarət, maliyyə və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdiriləcəyi də diqqətə çatdırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev 21:56 Qalıq yanacaq dövrü bitir? - İranla bağlı enerji gərginliyi elektrikləşməni sürətləndirir 22:19 Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi 21:53 Türkiyə vətəndaşlarının yaralandığı hücumun pərdəarxası: Kiyev səfirliyi və Odessa konsulluğu hərəkətə keçdi 21:57 Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü 20:53 Messi öz rekordunu yenilədi 21:36 Azərbaycan üzərindən Ermənistana gübrə tranziti həyata keçiriləcək 21:41 Sabah bu ərazilərdə işıq kəsiləcək 21:09 Brüsseldən qəfil qərar: və London arasındakı tarixi sammit təxirə salındı 20:34 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər 20:57 İran nümayəndə heyəti ikitərəfli əməkdaşlıq üçün Omana getdi 20:28 Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək 20:39 Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi 19:50 Brüsseldən qəti bəyanat: "Biz vasitəçi deyilik, Ukraynanın tərəfindəyik" 19:46 Kəşfiyyat rəsmisi xəbərdarlıq etdi: Rusiyanın mülki gəmiləri hədəf almasının əsl məqsədi... 19:37 Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin 19:29 İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi 19:40 Bəhreyn, Küveyt, BƏƏ... - Rubionun Körfəz səfərində nələr müzakirə ediləcək? 19:26 Ukraynadan sonra növbəti ən böyük yardımı alan ölkə bəlli oldu 19:21 Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı 19:04 Sürücü və sərnişinlərə təcili XƏBƏRDARLIQ - Bakının bu qəsəbəsində yollar bağlanır! 19:01 "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası" təsdiqləndi 18:56 Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək 18:54 Əhməd əl-Şaraa Trampın iddialarını qəti şəkildə rədd etdi 18:26 İslam dünyasının parlamenti Bakıda toplandı: İlk gündən qlobal mesajlar 18:29 Bütün Xəbərlər