Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi

Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi
22.06.2026 20:30 Dünya

Çinin xarici işlər naziri Van Yi İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun həyata keçirilməsini dəstəkləyərək vurğulayıb ki, onun icrası Yaxın Şərqdə davamlı sülhün bərqərar olmasına kömək edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Van Yi Yeni Dehlidə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Qadir Nizamipurla görüşdə bildirib.

O, Pakistan və Qətərin köməyi ilə İran ilə ABŞ arasında texniki məsləhətləşmələrin başlamasını, həmçinin gələcək danışıqların mexanizmi üzrə razılaşmaların əldə olunmasını alqışlayıb.

Çinin XİN rəhbərinin sözlərinə görə, sənədin 14 əsas müddəası düşmənçilik hərəkətlərinin dərhal və daimi dayandırılmasını, güc tətbiq etməkdən və ya hədələməkdən imtinanı, suverenliyə, ərazi bütövlüyünə qarşılıqlı hörməti, eləcə də daxili işlərə qarışmamağı nəzərdə tutur:

"Memorandumun qorunub saxlanması və həyata keçirilməsi əldə edilmiş atəşkəsi möhkəmləndirməyə kömək edəcək, İran və ABŞ arasında münasibətlərdə yeni perspektivlər açacaq, Yaxın Şərqə sülhün qayıtmasına töhfə verəcək".

O bildirib ki, Çin İranın hərtərəfli strateji tərəfdaşı kimi sülhə töhfə verən bütün səyləri dəstəkləyir və regionda sabitliyin bərpasında konstruktiv rol oynamağa davam etməyə hazırdır.

Öz növbəsində Nizamipur Yaxın Şərqdəki son hadisələr və İranla ABŞ arasında danışıqların gedişi barədə Çin tərəfini məlumatlandıraraq, sülhə dəstəyə görə Pekinə təşəkkür edib.

Diplomatlar, həmçinin strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Suriyada illərdir gizlədilən nüvə materialları - ABŞ hərəkətə keçdi 00:43 Liviyada neft zavodunda güclü partlayış - VİDEO 00:50 SON DƏQİQƏ: Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNDİ 23:29 İran ABŞ-nin “zəif nöqtəsini” açıqladı - “Bu artıq asılılıqdır” 23:49 İran üçün “son şans” bitdi? Trampdan müəmmalı cavab 23:36 Azərbaycan bu ölkədən neft idxalını artırır 23:22 Rusiya Şimali Koreyadan asılı qaldı - “İlk dəfə təkbaşına müharibə apara bilmir” 23:09 Kolumbiyada can itkisi artmaqda davam edir - Son rəsmi rəqəmlər - YENİLƏNDİ 20:32 Rusiya bu ölkələrə hücuma hazırlaşır - TƏCİLİ 22:46 Pezeşkianla Xamenei görüşdə nələr danışdılar? 22:33 Tramp bu ölkələrin adlarını çəkərək İrana çağırış etdi: “Cavab verilməlidir!” 22:17 "Liverpul" "Barselona"nın müdafiəçisini icarəyə götürdü! 21:52 Sülhün birinci ildönümündə Tramp üçün tarixi təklif - BİRGƏ BƏYANAT 22:01 Abituriyentlər üçün VACİB XƏBƏR: II və III qrup üzrə dövlət sifarişi yerləri məlum oldu! 21:41 Sürücülərin DİQQƏTİNƏ! - Bakının bu 3 küçəsində hərəkət BAĞLANIR 21:35 Azərbaycan XİN Kolumbiyaya başsağlığı verdi 21:28 Odessada hərbi təyyarə YERƏ DÜŞDÜ, pilot son anda xilas oldu! 21:25 ABŞ-də 175 mindən çox viza LƏĞV EDİLDİ 21:17 İraqda 6 milyon silah qeydiyyata alındı, 71 saxta mərkəz bağlandı 21:05 İran və Oman Hörmüz boğazında təhlükəsiz keçidi müzakirə edir 20:57 Tramp Tehrana ŞƏRT QOYDU: "İran öldürdüyü insanlara görə təzminat ödəsin!" 20:47 Nijnekamska PUA HÜCUMU: Özbəkistanın 7 vətəndaşı həlak oldu 20:40 Zəlzələdən sonra Kolumbiyada sunami təhlükəsi var? 20:20 Namik Ələskərov yenidən "Kəpəz"də! 20:09 Yasamalda yanğın baş verdi 20:02 Bütün Xəbərlər