Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək

Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək
22.06.2026 20:40 Cəmiyyət

Su anbarlarında qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər davam etdirilir.

TodayPress TV xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir. Mütəxəssislərin iştirakı ilə bir neçə gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq.

"Hazırkı vəziyyətdə tətbiq olunan müvəqqəti qrafik rejimini təqdim edirik:

Xətai rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00

Nizami rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00

Suraxanı rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-17:00, 06:00-19:00, 22:00-01:00

Binəqədi rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-20:00

Nərimanov rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-20:00

Yasamal rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 06:00-22:00, 18:00-22:00

Sabunçu rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 08:00-12:00, 22:00-02:00

Xəzər rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 00:00-12:00

Pirallahı rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 08:00-17:00

Nəsimi rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-21:00

Qeyd edək ki, bəzi ünvanlarda yuxarı mərtəbələrə suyun çatdırılmasında çətinlik daha çoxdur. Bu kimi ərazilərdə sukanal idarələri tərəfindən su maşınları ilə xidmət göstərilir. Bir daha xatırladaq ki, tənzimləmə işləri sürətlə və fasiləsiz şəkildə aparılır.

Su təminatında yaranan müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik", - deyə məlumatda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Türkiyə vətəndaşlarının yaralandığı hücumun pərdəarxası: Kiyev səfirliyi və Odessa konsulluğu hərəkətə keçdi 21:57 Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü 20:53 Messi öz rekordunu yenilədi 21:36 Azərbaycan üzərindən Ermənistana gübrə tranziti həyata keçiriləcək 21:41 Sabah bu ərazilərdə işıq kəsiləcək 21:09 Brüsseldən qəfil qərar: və London arasındakı tarixi sammit təxirə salındı 20:34 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər 20:57 İran nümayəndə heyəti ikitərəfli əməkdaşlıq üçün Omana getdi 20:28 Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək 20:39 Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi 19:50 Brüsseldən qəti bəyanat: "Biz vasitəçi deyilik, Ukraynanın tərəfindəyik" 19:46 Kəşfiyyat rəsmisi xəbərdarlıq etdi: Rusiyanın mülki gəmiləri hədəf almasının əsl məqsədi... 19:37 Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin 19:29 İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi 19:40 Bəhreyn, Küveyt, BƏƏ... - Rubionun Körfəz səfərində nələr müzakirə ediləcək? 19:26 Ukraynadan sonra növbəti ən böyük yardımı alan ölkə bəlli oldu 19:21 Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı 19:04 Sürücü və sərnişinlərə təcili XƏBƏRDARLIQ - Bakının bu qəsəbəsində yollar bağlanır! 19:01 "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası" təsdiqləndi 18:56 Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək 18:54 Əhməd əl-Şaraa Trampın iddialarını qəti şəkildə rədd etdi 18:26 İslam dünyasının parlamenti Bakıda toplandı: İlk gündən qlobal mesajlar 18:29 ABŞ-dən İrana "neft" jesti: Bu tarixədək sanksiyalar DONDURULDU 18:17 İsrail Livanı tərk etmir - Netanyahu orduya tam sərbəstlik verdi 18:09 Fəlsəfə doktoru olmaq istəyirsinizsə, bu qaydaya mütləq əməl edin! 18:02 Bütün Xəbərlər