ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl

ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl
01.06.2026 18:58 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyasının son birillik fəaliyyəti dövründə 2 000-ə yaxın yüksəkvəzifəli və sıravi amerikalı diplomat işdən azad edilib və ya təqaüdə çıxmağa məcbur olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "NBC News" telekanalı xəbər yayıb.

Bildirilir ki, telekanalın əlaqə saxladığı bir çox diplomat məsələ ilə bağlı açıq danışmaqdan imtina edib. Başına gələnləri ictimaiyyətə açıqlayanlardan biri isə təxminən 30 illik diplomatik təcrübəyə malik Kelli Adams-Smit olub. O, 2024-cü ildə ABŞ-nin Moldovadakı səfiri vəzifəsinə təsdiqlənsə də, Tramp administrasiyası 2025-ci ilin fevralında bu təyinatı ləğv edib.

Məlumata görə, Dövlət Departamentində Adams-Smitə başqa heç bir uyğun vəzifə təklif edilməyib və o, istefa vermək məcburiyyətində qalıb. Bundan əlavə, onun diplomat olan həyat yoldaşı da xidməti tərk edib.

Telekanal qeyd edir ki, Dövlət Departamenti işdən çıxarılan əməkdaşların dəqiq sayı barədə məlumat verməkdən boyun qaçırır. Bu kütləvi ixtisarlar və məcburi təqaüdə göndərilmələr səbəbindən hazırda ABŞ-də kəskin diplomat çatışmazlığı yaşanır.

Vəziyyət o həddədir ki, hazırda Avropanın 33 ölkəsində ABŞ səfiri fəaliyyət göstərsə də, 17 vakant yer hələ də boşdur. Analoji böhran digər qitələrdə də müşahidə olunur; belə ki, Afrikada 41, Asiya və Okeaniyada 23, Şimali və Cənubi Amerikada isə 17 ölkədə ABŞ-nin səfiri yoxdur.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Bütün Xəbərlər