Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər - YENİLƏNİB

Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər - YENİLƏNİB
22.06.2026 22:15 Dünya

İran beynəlxalq hüquq çərçivəsində diplomatiyanı davam etdirməyə hazırdır.

TodayPress TV ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

O, regionda sülhün bərqərar olması üçün diplomatik prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb:

"İran müharibə axtarmayıb və axtarmır. Qanunsuz hücumu ABŞ və İsrail edib".

XXX

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb və tərəflər ABŞ-İran razılaşmasını müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Telefon danışığı zamanı Türkiyə-İran ikitərəfli münasibətləri, həmçinin regional və qlobal gündəmdə yer alan məsələlər müzakirə olunub.

Ərdoğan İran ilə ABŞ arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Türkiyə prosesin sülhlə nəticələnməsi üçün bütün mümkün dəstəyi göstərməyə hazırdır.

Türkiyə lideri danışıqlar prosesini pozmağa çalışan qüvvələrə qarşı diqqətli davranmağın vacibliyini vurğulayıb.

Ərdoğan yeni dövrdə regional sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində addımların atılmasının zəruri olduğunu qeyd edib və Ankaranın bu məqsədə nail olunması üçün fəaliyyətini davam etdirəcəyini bildirib.

Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ticarət, maliyyə və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdiriləcəyi də diqqətə çatdırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Uimbldon çempionu uzun müddətə diskvalifikasiya olundu 22:49 Taekvondoçularımız beynəlxalq çempionatda 3 medal qazandılar 23:32 Livanda dağıdılan evlərin sayı AÇIQLANDI 22:20 Enişdən sonra gözlənilməz hadisə: Təyyarənin təkəri partladı 22:17 DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazandı 23:09 6 milyarddan 120 milyarda: Beynəlxalq banklarda bloklanan İran pullarını kim xərcləyəcək? 23:01 Messi Klozeni geridə qoydu, yeni dünya rekordu qırdı 22:12 Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev 21:56 Qalıq yanacaq dövrü bitir? - İranla bağlı enerji gərginliyi elektrikləşməni sürətləndirir 22:19 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər - YENİLƏNİB 20:57 Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi 21:53 Türkiyə vətəndaşlarının yaralandığı hücumun pərdəarxası: Kiyev səfirliyi və Odessa konsulluğu hərəkətə keçdi 21:57 Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü 20:53 Messi öz rekordunu yenilədi 21:36 Azərbaycan üzərindən Ermənistana gübrə tranziti həyata keçiriləcək 21:41 Sabah bu ərazilərdə işıq kəsiləcək 21:09 Brüsseldən qəfil qərar: və London arasındakı tarixi sammit təxirə salındı 20:34 İran nümayəndə heyəti ikitərəfli əməkdaşlıq üçün Omana getdi 20:28 Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək 20:39 Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi 19:50 Brüsseldən qəti bəyanat: "Biz vasitəçi deyilik, Ukraynanın tərəfindəyik" 19:46 Kəşfiyyat rəsmisi xəbərdarlıq etdi: Rusiyanın mülki gəmiləri hədəf almasının əsl məqsədi... 19:37 Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin 19:29 İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi 19:40 Bəhreyn, Küveyt, BƏƏ... - Rubionun Körfəz səfərində nələr müzakirə ediləcək? 19:26 Bütün Xəbərlər