Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin

Afrikada yeni İsrail qurulur  - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin
22.06.2026 19:50 Gündəm

İsrail özünü müstəqil elan etmiş Somalilend regionunu tanıdıqdan qısa müddət sonra bölgəyə təxminən 50 hərbi qulluqçu göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə Somalinin "Hiiraan Online" portalı ölkə rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, bu məlumatlar Somalinin kəşfiyyat hesabatlarında yer alıb. Mənbə iddia edir ki, Somalilendə göndərilmək üçün əsasən Afrika mənşəli, xüsusən də efiopiyalı hərbçilər seçilib ki, onlar diqqət cəlb etməsinlər və yerli sakinlər arasında seçilməsinlər.

Bundan əvvəl, "Reuters" agentliyi Somalilendin müdafiə naziri Məhəmməd Yusif Əliyə istinadən məlumat yaymışdı ki, İsrailin regionda hərbi bazaları yoxdur, lakin yerli polis əməkdaşlarının və hərbi qulluqçuların hazırlanmasında köməklik göstərir. Nazir həmin vaxt İsrail hərbi bazasının yaradılması ilə bağlı danışıqlar aparılması barədə xəbərləri şayiə adlandırmışdı.

Qeyd edək ki, Ədən körfəzi sahilində yerləşən Somalilend 1991-ci ildə birtərəfli qaydada Somalidən müstəqilliyini elan edib. BMT və ölkələrin mütləq əksəriyyəti bu ərazini Somalinin tərkib hissəsi kimi nəzərdən keçirməkdə davam edir.

2025-ci il dekabrın 26-da İsrailin Baş naziri Benyamin Netanyahu Somalilendin müstəqil və suveren dövlət kimi tanındığını elan edib.

Hazırda İsrail Somalilendin dövlət müstəqilliyini tanıyan yeganə BMT üzvü olan ölkədir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti TAPILDI 00:47 İraqda qonşu ölkəyə PUA hücumu hazırlayan qrup SAXLANILDI 00:35 İrana qarşı müharibə Pentaqonu çarəsiz qoydu! - "Patriot" arsenalı TÜKƏNİR 23:54 Rusiya dronları mülki əhalini hədəf aldı, ölənlər var 23:46 Zelenski Rusiyaya 50 min Şimali Koreya hərbçisi göndərir 23:29 Onlarla humanitar yardım gəmisinin Hörmüzdən keçməsinə icazə verildi 23:18 ABŞ İrandan öhdəlik tələb edir: "Kommersiya gəmilərinə atəş açılmamalıdır" 23:05 Reyn, Dunay, indi də Laura... - Avropanın su ehtiyatları TÜKƏNİR? 22:48 Azərbaycan cüdoçusu Skopyedə fəxri kürsüyə qalxdı! 22:33 İran Məkkə sazişini HƏDƏF ALDI: "Doğru yolu tapa bilməyiblər" 22:14 "Məkkə sazişinə qoşulmaq istəyən dövlətlər var!" - Hakan Fidan 22:06 Ağdam və Qırmızı Bazarda əyləncəli proqramlar təşkil edildi 21:52 Kreml “qorxuya düşdü?” Moskvanın ətrafı üçqat hava müdafiəsinə büründü 21:35 18 yaşlı qız evində ölü tapıldı - Araşdırma başladı 21:19 İran ABŞ-nin qarşısına başqa seçim qoymur: Yeni QAYDALAR 21:05 TƏCİLİ: Xocavənddə mina partladı 20:48 İlham Əliyevdən Donald Trampa MƏKTUB 20:39 Uitkoff Azərbaycan və Ermənistan üçün nə dedi? 20:20 ABŞ bir tərəfdən İranla danışıqlar aparır, bir tərəfdən də… - Vens hər şeyi AÇIQLADI 20:01 İran Xəzərə “əlini uzadanlara” xəbərdarlıq etdi: “İcazə verməyəcəyik!” 19:19 Tramp Əliyevin rolunu yüksək qiymətləndirdi: “Bir il ərzində bölgədə insident olmadı” 19:32 SON DƏQİQƏ: İlham Əliyev və Donald Tramp arasında telefon danışığı oldu 19:26 Vaşinqton Bakı-İrəvan xəttinə 201 milyon dollarlıq yatırım edir 18:59 Rubio Trampı “sülh prezidenti” elan etdi: “Bunu o bacardı!” 18:36 Paşinyan “yazıq Ermənistan” imicinə son qoydu: “Bizə tərəfdaş lazımdır!” 18:13 Bütün Xəbərlər