"Dost" ölkələrdən Rusiyaya ağır zərbə - Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hərəkətə keçdi...

"Dost" ölkələrdən Rusiyaya ağır zərbə - Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hərəkətə keçdi...
01.07.2026 14:10

Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan da daxil olmaqla, Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlərində banklar Rusiya rublunun nağd pulunun qəbulu şərtlərini sərtləşdirməyə başlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.

Kanal bildirib ki, “dost" ölkələr”dəki maliyyə qurumları Rusiya valyutası ilə bağlı iş prosedurlarını yenidən nəzərdən keçirmək məcburiyyətində qalıblar:

“Ermənistanın bank sistemi rublla işləmə tərzində önəmli dəyişiklik yaşayır. Bəzi yerli banklar hesablara vəsait yatırmaq da daxil olmaqla, Rusiya rublu ilə nağd əməliyyatları tamamilə dayandırıblar. Rublla nağdsız hesablaşmalar əvvəlki şərtlər altında, əlavə məhdudiyyətlər olmadan həyata keçirilir.

Belarusda “Alfa-Bank”, “Belarusbank”, “Sberbank” və digərləri də daxil olmaqla 8-dən çox bank nağd rublun depozit edilməsi üçün 2-5 faiz komissiya təyin edib.

Qazaxıstanda Mərkəzi Kredit Bankı (CKB) rublun nağd şəkildə (kassa aparatları, terminallar və bankomatlar vasitəsilə) qəbul edilməsi üçün 5 faiz komissiya haqqı müəyyən edib.

Qırğızıstanda “EcoIslamicbank” SWIFT köçürmələri üçün eyni – 5 faiz komissiya haqqı təyin edib.

Maliyyə ekspertləri bildirirlər ki, bu cür sərtləşmə Rusiya valyutasına qarşı beynəlxalq sanksiyalar və rublla işləyən banklar üçün artan risklərlə bağlıdır. Banklar nağd rublun beynəlxalq bazarlarda satılması və ya dəyişdirilməsi daha çətin və baha başa gəldiyindən seyflərində yığılan nağd rublu azaltmağa çalışırlar”.

XƏBƏR LENTİ
01 IYUL 2026
Ölkələrin iqtisadiyyatları sanksiyalara necə öyrəşirlər? 16:35 Heyvanlara zərər verənlərə ağır cəzalar gələ bilər – AÇIQLAMA 16:32 1/16 final mərhələsinin növbəti oyunları açıqlandı 16:24 Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı 16:22 MEDİA Prezidentə inamı açıqladı - SORĞU 16:14 İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var? 16:11 Xameneinin dəfni zamanı yüzlərlə məhbus əfv olunacaq 16:00 İrəvan Moskva ilə razılığa gəlir: Paşinyan və Mişustin nələri müzakirə etdi? 15:47 Ukrayna Rusiya üzərində tarixi qələbəyə yaxınlaşır - son 4 gün... 15:37 Rusiyanın strateji obyekti alovlara təslim oldu - VİDEO 15:37 Ukraynanın növbəti prezidenti o olacaq 15:23 Amerika İran gəmisini birgə təlimə dəvət etdi, sonra torpedo ilə vuraraq batırdı 15:18 İsrail "erməni soyqırımı" edir — Paşinyan hədəqədən çıxdı 15:11 Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir? 15:02 "Liverpul" Jeremi Jake ilə müqavilə imzaladı 14:57 "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı 14:48 Ali təhsil almaq istəyənlər DİQQƏT! Həftəsonu imtahan VAR 14:38 Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür? 14:13 Qastrit və reflü: Fərqləri, əlamətləri və müalicə prinsipləri 15:59 Bakıda piyadalar üçün minalanmış sahələr 14:19 "Dost" ölkələrdən Rusiyaya ağır zərbə - Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan hərəkətə keçdi... 14:10 İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..." 14:07 İtkin-şəhidimiz Xaçmazda dəfn olundu 14:01 MEDİA-nın builki qalibləri bəlli oldu: Maliyyə dəstəyi alacaq media subyektləri hansılardır? 13:52 Nurlana Əliyeva vəfat etdi 13:45 Bütün Xəbərlər