Banqladeşdə yeni prezident seçildi

Banqladeşdə yeni prezident seçildi
20.08.2026 17:35

Avqustun 20-də Banqladeş Parlamenti Mirza Fəxrul İslam Alamgiri ölkənin yeni prezidenti seçib.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Star" qəzeti məlumat yayıb.

Məlumata əsasən, Banqladeş Milliyyətçi Partiyasının (BNP) namizədi olan Mirza Fəxrul İslam Alamgir parlamentdə keçirilən səsvermədə 255 səs toplayaraq qələbə qazanıb. Onun rəqibi Oli Əhməd isə 88 səs toplayıb.

Qeyd edək ki, parlament respublikası olan Banqladeşdə dövlət başçısını qanunverici organın üzvləri seçir. Ölkənin əvvəlki prezidenti Məhəmməd Şahabuddin Çuppu iyulun 24-də səhhətində yaranan problemlərlə əlaqədar istefa verib. Çuppu keçən ilin dekabrında müvəqqəti hökumət tərəfindən təzyiqlərə məruz qaldığını bildirərək istefa verdiyini bəyan etmişdi.

Konstitusiyaya uyğun olaraq, yeni prezident seçilənədək dövlət başçısının səlahiyyətlərini Parlamentin sədri Hafiz Əhməd icra edirdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər