Avropa Ukraynaya qaz alışı üçün kredit ayıracaq

Avropa Ukraynaya qaz alışı üçün kredit ayıracaq
13.08.2025 16:00

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynanın "Naftoqaz" şirkətinə qış üçün qaz almaq məqsədilə 575 milyon dollar kredit ayıracaq. 

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko "Telegram" kanalında məlumat verib.

O bildirib ki, bu AYİB-in tarixində ən böyük müqavilədir və vəsait Ukraynanın vətəndaşlarını soyuq qış aylarında işıq və istiliklə təmin etməyə kömək edəcək.

Sviridenko vurğulayıb ki, bu kredit ilk dəfə Ukrayna dövlət zəmanəti olmadan, Avropa İttifaqının zəmanəti ilə verilir.

Son məlumatlara görə, Ukrayna Macarıstan və Slovakiyadan qaz idxalını artırıb. İyulda Macarıstandan idxal 13% artaraq 300 milyon kubmetr, Slovakiyadan isə 140% artaraq 268 milyon kubmetr olub.

Bundan əlavə, "Naftoqaz" rəhbəri Serhiy Koretski iyulun 28-də bildirib ki, Ukrayna ilk dəfə Trans-Balkan dəhlizi vasitəsilə Azərbaycandan qaz alacaq.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
19 AVQUST 2026
Tehran susmadı!: İran BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı? 20:51 Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi 20:37 Bütün Xəbərlər