Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ
Tərtərdə baş verən qəzada xəsarət alan digər piyada da həyatın itirib.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində Ağdam rayonunun Güllücə kənd sakinləri, 1972-ci il təvəllüdlü Qədimova Mahirə Qərib qızı və 1984-cü il təvəllüdlü Zeynalova Cəmilə Cəlil qızı ölüb.
Mahirə Qədimova hadisə yerində, Cəmilə Zeynalova isə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
19:53
Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili iki piyadanı vurub. İlkin məlumata görə, piyadaların hər ikisi qadındır.
Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.