Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi

Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi
18.08.2026 20:37 Dünya

Qara dənizdə Liberiya bayrağı altında üzən ANNA S adlı balkaer gəmisində yanğın baş verib.

TodayPress TV xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb gəminin pilotsuz uçuş aparatlarının ehtimal olunan hücumuna məruz qalması olub. Hadisənin Novorossiyskdən təxminən 20 dəniz mili aralıda, Rusiyanın ərazi sularından kənarda baş verdiyi bildirilir.

Məlumata əsasən, Yunanıstanın “Neptune Tradebulk” şirkətinə məxsus gəmi beş dronun hücumuna məruz qalıb.

Gəminin 21 nəfərlik heyəti təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hücumdan sonra balkaerə ciddi ziyan dəydiyi və gəmidə yanğının baş verdiyi bildirilir.

Qeyd edək ki, son günlər Novorossiysk ətrafında dəniz nəqliyyatına qarşı dron hücumları ilə bağlı bir neçə insident qeydə alınıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 AVQUST 2026
Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı? 20:51 Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi 20:37 “Sevgi evi”ndə nələr baş verib? - Sahibi həbs edildi 20:17 İsrail HƏMAS komandirlərini vurdu 20:04 2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Bütün Xəbərlər