ABŞ-İran danışıqlarının təfərrüatları açıqlandı

ABŞ-İran danışıqlarının təfərrüatları açıqlandı
21.06.2026 17:18 Dünya

ABŞ və İran danışıqlarda Tehranın mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini azaltmaq üçün razılığa gəliblər.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının "Al Arabiya" televiziya kanalına müsahibəsində bildirib.

"Amerika İranın nüvə ehtiyatlarının çıxarılmasını istədi, amma biz zənginləşdirmə səviyyələrini azaltmaq qərarına gəldik", - deyə o bildirib. Nazirin sözlərinə görə, İranın nüvə ehtiyatları hələ də yeraltındadır. O, həmçinin qeyd edib ki, Vaşinqton və Tehran diplomatiyanın həll yolu olduğu qənaətinə gəliblər.

Diplomat əlavə edib ki, İran növbəti 60 gün ərzində Hörmüz boğazından keçən gəmilərə tranzit rüsumları tətbiq etməyəcək: "Boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmalıdır. Çin də gəmilərin Hörmüz boğazından hər iki istiqamətdə rüsum tətbiq etmədən sərbəst keçidini dəstəkləyir".

İshaq Dar əlavə edib ki, ABŞ-İran danışıqları çərçivəsində yaradılan üç texniki qrup Tehranın nüvə proqramını, Livandakı vəziyyəti və İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını müzakirə edir.

Regional gündəmə toxunan Pakistanın xarici işlər naziri İsrailin Livandakı hərəkətlərini təxribatçı adlandırıb və onları dayandırmağa çağırıb. O, həmçinin Misir, Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarları ilə Qəzza zolağındakı münaqişənin həlli məsələsini yenidən canlandırmaq barədə razılığa gəldiyini açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
"Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 Bütün Xəbərlər