Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı
Yunanıstanın Volos vilayəti, Attika bölgəsindəki Mandra Eidillias ətrafı və Salamina adasında meşə yanğınlarının başladığı açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.
Bildirilib ki, Salamina adasının Profiti İlia bölgəsində və paytaxt Afina şəhərinin də yerləşdiyi Attika bölgəsinin Mandra ətrafında meşəlik ərazidə yanğın baş verib.
Volos vilayətinin Aivaliotika və Soros bölgələrində də demək olar ki, eyni vaxtda meşə yanğınları başlayıb.
Bütün yanğınlara qurudan və havadan müdaxiləyə başlanılıb.
Yunanıstan Yanğından Mühafizə Xidmətinin 17 avqust yaydığı açıqlamada son 24 saat ərzində 41 meşəlik ərazidə və kənd təsərrüfatı sahəsində yanğın baş verdiyi bildirilib.
Aysel Mətləb