Tehran susmadı!: İran BƏƏ-nin raket iddiasına reaksiya verdi
İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran qüvvələrinin əmirlik ərazisi istiqamətində raket buraxması barədə açıqlamalarını təkzib edib.
TodayPress TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Bəqainin İran Xarici İşlər Nazirliyinin saytında yayımlanan açıqlamasında qeyd olunur ki, Tehran İranın ölkəyə raket buraxması ilə bağlı BƏƏ-nin iddiasını qəti şəkildə rədd edir və İslam Respublikasına qarşı səsləndirilən ittihamlardan təəssüf hissi keçirir.
Rəsmi nümayəndə bu cür ittihamların mehriban qonşuluq prinsipinə zidd olduğunu, region ölkələri arasında etimadın möhkəmləndirilməsi və Fars körfəzi bölgəsində qeyri-sabitliyin artmasının qarşısının alınması istiqamətində səyləri sarsıtdığını bildirib.
Bəqai bütün tərəfləri İslam Respublikasına qarşı əsassız ittihamlardan çəkinməyə çağırıb. O, bunu ABŞ və İsrailin “regionda sülh və təhlükəsizliyə qarşı yönəlmiş” davam edən fəaliyyətləri ilə bağlı mövcud çətinlikləri nəzərə almağın vacibliyi ilə əlaqələndirib.
Aysel Mətləb