ABŞ Ermənistana 11 milyon dollarlıq müşahidə dronları satdığını elan etdi

ABŞ Ermənistana 11 milyon dollarlıq müşahidə dronları satdığını elan etdi
09.02.2026 22:30

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistana 11 milyon dollar dəyərində müşahidə pilotsuz uçuş aparatılarının (PUA) satışı barədə yeni müdafiə sazişini elan edib.

TodayPress TV xəbər verir ki, Vens bu barədə İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı bildirib.

"Biz ilk dəfə olaraq böyük hərbi texnologiya satışını elan edirik: müşahidə dronları texnologiyalarına 11 milyon dollar", - o deyib.

Vens qeyd edib ki, bu dronlar Ermənistanın təhlükəsizliyi üçün istifadə olunacaq. ABŞ üçün isə bu həm də yeni iş yerləri və müdafiə texnologiyaları sektoruna investisiyalar deməkdir.

Paşinyan vurğulayıb ki, Ermənistan və ABŞ arasında hərbi və müdafiə əməkdaşlığı sahəsində mühüm irəliləyiş əldə olunub.

"Bu, müdafiəmizi gücləndirməyə mühüm töhfə verəcək. Ümid edirəm ki, ABŞ-nin xarici dövlətlərə hərbi texnika satışı proqramı çərçivəsində reallaşdırılan bu saziş gələcək əməkdaşlığımızın genişləndirilməsi üçün möhkəm əsas olacaq", - o qeyd edib.

TodayPress TV 

XƏBƏR LENTİ
24 IYUN 2026
Katz: "ABŞ bizdən ordunu Livandan çıxarmağı tələb etmir" 20:31 ABŞ beynəlxalq su yollarının ödənişli olmasına qarşı çıxır 20:26 I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticəsi elan oludu 20:20 Sahibə Qafarova İran parlamentinin sədri ilə görüşdü 19:54 Fələstin Səhiyyə Nazirliyi növbəti ölüm faktını açıqladı 19:08 ABŞ Konqresində ilk: Azərbaycanlıların etnik təmizləməyə məruz qalması Vaşinqtonun gündəmində 19:01 İraq Prezidenti İlham Əliyevi təbrik etdi 19:11 Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşdü - Nələr müzakirə edildi? 18:27 ABŞ səfirliyi bu ölkədə fəaliyyətini bərpa etdi 18:24 Pakistan və Qətər rəhbərləri Bürgenştok danışıqlarını müzakirə etdi 18:17 Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşdü 18:07 Rəsmi Bakı: Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik 18:04 Prezident Məhəmməd Baqer Qalibafı qəbul etdi 17:53 Daun sindromu haqqında qısa bələdçi: Əlamətlər və tibbi yanaşma 16:36 DÇ-2026-da III tura start verilir 17:46 "Azəricard" kart hesablarındakı problemlə bağlı açıqlama yaydı 17:34 "Neftçi" Endryu Qravilyonun transferini açıqladı 17:22 Azərbaycanda həbs edilən Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verildi 17:07 Az qala diri-diri yanırdı: Fırıldaqçılar qadına ağlasığmaz əməl etdirdi - VİDEO 16:58 Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşdü 16:48 Kardiomeqaliya nədir? Ürəyin böyüməsinin səbəbləri və idarə olunması 16:44 AccessBank müştərilərinə xəbərdarlıq etdi - Kartlarda balansın mənfi olmasının səbəbi nədir? 16:40 Daha sağlam və parlaq dəri üçün gündəlik qulluq vərdişləri 16:30 “M10”la əməkdaşlıq bitəndən sonra ABB müştərilərinin pulları niyə yoxa çıxdı? 16:30 Yaşlı əhalinin regionlar üzrə paylanması açıqlandı 16:30 Bütün Xəbərlər