XXI əsrin yeganə qalib ordusu - Müharibədən sonra da gücünə güc qatan Silahlı Qüvvələrimiz!

XXI əsrin yeganə qalib ordusu - Müharibədən  sonra da gücünə güc qatan Silahlı Qüvvələrimiz!
26.06.2026 11:23 Təhlil

Bu gün 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günüdür. Müzəffər ordumuz öz peşə bayramını təkcə tarixi Zəfərin qüruru ilə yox, durmadan artan hərbi qüdrəti, yenilənən texnoloji bazasının gücü ilə qeyd edir. Vətən müharibəsindən sonra Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin arsenalı daha da genişləndirilib, havada və quruda mütləq üstünlüyü təmin edəcək yeni nəsil silahlar alınıb. 

Gəlin, Silahlı Qüvvələr Günündə ordumuzun gücünə güc qatan bu yeni texnikalara və xüsusilə Azərbaycan səmasının yeni keşikçiləri olan "JF-17 Block-III" qırıcılarına yaxından baxaq.   

İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi texnologiyalar, xüsusilə də "Bayraktar TB2", "Harop" və "Spike" sistemlərindən uğurla istifadə etdiyini bütün dünyaya nümayiş etdirdi. Lakin müharibədən sonrakı dövrdə ordu quruculuğu və hərbi qüdrətin artırılması prosesi dayanmadı. İkinci Qarabağ müharibəsi zamanı arsenalımızda olmayan, lakin bu gün ordumuzu daha da gücləndirən texnologiyalarımız var. 

"Akıncı" Zərbə PUA-ları: Türkiyədən alınan bu ağır sinif pilotsuz uçuş aparatları adi PUA-lardan fərqlənir. "Akıncı" qırıcı təyyarələrin daşıdığı qanadlı raketlər və "ağıllı" bombalar daşıya bilir. AESA radarı sayəsində hava-hava döyüşü aparmaq imkanına malikdir ki, bu da hərbi hava qüvvələrinə əlavə manevr imkanı verir.

C-27J "Spartan" Hərbi Nəqliyyat Təyyarələri: İtaliyanın "Leonardo" şirkətindən alınan bu təyyarələr ordunun logistik imkanlarını kəskin şəkildə artırıb. Onlar qoşun və texnikanı çətin relyefli ərazilərdə, çox qısa uçuş zolaqlarına belə təhlükəsiz endirmək üçün mükəmməldir.

"Su-25 ML" Laçın Hücum Təyyarələri: Su-25 təyyarələri Türkiyənin TUSAŞ şirkəti tərəfindən dərin modernizasiya olunub. "Laçın" layihəsi çərçivəsində bu təyyarələr Türkiyə istehsalı "ağıllı" sursatlar və müasir avionika ilə təchiz olunaraq, hədəfə yaxınlaşmadan, uzaq məsafədən dəqiq zərbə endirmək qabiliyyətinə yiyələnib.  

Hərbi Hava Qüvvələrimizin son dövrlərdəki ən strateji satınalması isə Pakistandan alınan çoxməqsədli “JF-17 Thunder” qırıcılarıdır. 

İlk partiyası artıq Bakıya gətirilən bu təyyarələr ordumuzun aviaparkında 4+ nəsil qırıcılar dövrünü başladır.

JF-17 Çin və Pakistanın birgə istehsalı olan yüngül, tək mühərrikli çoxməqsədli döyüş təyyarəsidir. Adındakı “JF” qısaltması ingiliscə “Joint Fighter” (Birgə Qırıcı), Çin dilindəki “Xiaolong” isə “Qüdrətli əjdaha” mənasını verir. 

Bu, layihənin iki ölkə arasında strateji əməkdaşlıqla ərsəyə gəldiyini simvolizə edir. İstehsal prosesi də ortaqdır: hissələrin bir qismi Çində, əsas yığım isə Pakistanın Kamra şəhərində reallaşır. 

Bu günədək 170-dən çox istehsal edilən qırıcı Pakistan, Myanma və Nigeriya ordularında istifadə olunur.

Azərbaycan bu təyyarələrin ən müasir və təkmilləşdirilmiş versiyasını – Block-III modifikasiyasını alıb. Layihə həm hava-hava, həm də hava-yer tapşırıqlarını eyni dərəcədə uğurla yerinə yetirmək üçün dizayn edilib.

Ən yeni Block-III versiyası aktiv fazalı antenli (AESA) radar və müasir elektron mübarizə avadanlıqları ilə təchiz olunub. Təyyarənin proqram təminatı açıq arxitekturalıdır, bu isə onun sistemlərini gələcəkdə qısa müddətə və asanlıqla yeniləməyə imkan verir.

Hazırda o, Rusiya istehsalı olan RD-93 tipli turboreaktiv mühərriklə işləyir. Lakin bu mühərrik bəzi hallarda tüstü izi buraxdığı üçün Çin tərəfi "WS-13" adlı yerli və daha təmiz mühərrikin hazırlanması üzərində işləyir.

Maksimum sürəti təxminən 1 900 km/saat, uçuş hündürlüyü isə 16 kilometrdən çoxdur. Təyyarə 2 min kilometrədək məsafəyə uça bilir.

JF-17 yeddi asqı nöqtəsində müxtəlif tipli raket və bombalar daşıya bilir. Onun əsas yaxın döyüş silahı isə gövdənin altında yerləşən 23 millimetrlik topdur.

JF-17-ni dünya bazarında cəlbedici edən əsas amillərdən biri də qiymətidir. Bir təyyarənin dəyərinin təxminən 15–25 milyon ABŞ dolları civarında olması bu qırıcını digər Qərb və ya Rusiya analoqları ilə müqayisədə xeyli əlçatan edir.

Texniki baxımdan qənaətcil və istismarı sadə olan JF-17-lər, əsasən bir oturacaqlı olsa da, təlim məqsədləri üçün iki oturacaqlı variantlara da malikdir. Bu qırıcılar Azərbaycanın hava məkanının qorunması və zərbə potensialının artırılması işində mühüm rol oynayacaq.

İkinci Qarabağ müharibəsindən sonra arsenalın bu cür müasir və strateji hərbi texnikalarla zənginləşdirilməsi Azərbaycanın müdafiə doktrinasının yeni inkişaf mərhələsini nümayiş etdirir. İstər ağır zərbə PUA-ları və dərin modernizasiya olunmuş "Laçın" hücum təyyarələri, istərsə də hava məkanımızın yeni keşikçiləri olan 4+ nəsil JF-17 "Block-III" qırıcıları ordumuzun səmada mütləq üstünlüyünü təmin edir.

Bu strateji satınalmalar təkcə hərbi qüdrətin artırılması deyil, həm də Cənubi Qafqazda güc balansının qorunması və istənilən potensial təhdidin beşikdəcə zərərsizləşdirilməsi üçün güclü çəkindirici amildir. 

Bütün bu addımlar bir daha sübut edir ki, Azərbaycan qazandığı tarixi zəfərlə arxayınlaşmır; regionda əsas təhlükəsizlik qarantı rolunu daha da möhkəmləndirir.  Bu gün Azərbaycan əsgəri və zabiti öz peşə bayramını başıuca, alnıaçıq və torpaqlarımızı bütövləşdirmiş müzəffər bir ordunun təmsilçisi olaraq qeyd edir. Dünyanın ən güclü orduları sırasında yer alan Silahlı Qüvvələrimiz xalqımızın güvənc yeri, dövlətimizin sarsılmaz dayağıdır.

Sərhəddə, postda, səmada və dənizdə gecə-gündüz demədən vətənin keşiyini çəkən hər bir hərbçimizə uca Tanrıdan cansağlığı, polad kimi möhkəm iradə və tükənməz güc-qüvvət arzulayırıq!

Qəhrəman ordumuzun qarşısında duran hər bir çətin tapşırıq uğurla nəticələnsin, silahları hər zaman hədəfi dəqiqliklə vursun və səmada pərvaz edən "Qüdrətli əjdaha"larımız, "Akıncı"larımız, "Laçın"larımız yurdumuzun üzərindəki sülhü və sabitliyi daim qoruyub saxlasın.

Jalə Rövşən


XƏBƏR LENTİ
26 IYUN 2026
Dəhşətli zəlzələ hər şeyi dəyişdi: ABŞ Venesuelaya qapı açdı 12:31 Alovla mübarizə aparanlar canından oldu... Kanadada dəhşətli təyyarə qəzası 12:19 Kadırovu görəndə dilə gəldi: "Axmat gücdür, şef çempiondur..." 12:23 Tramp Konqresə meydan oxuyur: Türkiyə "KAAN"ına ABŞ mühərriki verilir 12:07 DÇ-2026 tarixə düşdü: Yeni qol rekordu qeydə alındı 12:02 Azərbaycanda FAKTİKİ HAVA 12:03 Azərbaycan Ermənistana yanacaq göndərdi 11:54 XXI əsrin yeganə qalib ordusu - Müharibədən sonra da gücünə güc qatan Silahlı Qüvvələrimiz! 11:31 Hollivud məşhurları ABŞ-Türkiyə oyunu üçün stadiona axışdı - FOTO 11:03 Venesuelada ard-arda iki dağıdıcı zəlzələ: Qurbanların sayı sürətlə artır 10:44 Bu səhər küçələr orkestr sədaları ilə oyandı: Azərbaycan Ordusu 108 yaşını qeyd edir - YENİLƏNDİ - FOTO 10:27 Müdafiə Naziri Ordumuza müraciət etdi 10:12 İrandan daha bir xəbərdarlıq: Gəmilər Hörmüz boğazından icazəsiz keçərsə... 09:56 Rusiya bazarı Ermənistan balıqçıları üçün bağlanır - Məhdudiyyət qoyuldu 09:49 Azərbaycan ordusunun ən təsirli kadrı: Bayrağı son ana qədər buraxmayan naməlum əsgər 09:38 AEBA İranda nüvə yoxlamalarını bərpa etməyə hazırlaşır 09:25 Yaponiyada yenidən zəlzələ: Sunami xəbərdarlığı verildi 09:11 Rusiyanın strateji "Azot" zavodu vuruldu - VİDEO 08:59 Türkiyə ABŞ-ni məğlub etdi, amma... - DÇ-2026 08:49 Cənubi Koreya hərbi hazırlığa başladı: 500 min dron operatoru yetişdiriləcək 08:34 ABŞ Türkiyənin "Kaan" qırıcısı ilə bağlı hərəkətə keçdi - Müqavilə hazırlayır 08:23 DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik 08:18 Kanada "Avroviziya" mahnı müsabiqəsində iştirak hüququ əldə edib 22:41 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik? 21:41 Həkim yuxusuzluğa səbəb olan vərdişdən danışdı 21:37 Bütün Xəbərlər