“Tu-95MS” Berinq üzərində: Kreml Vaşinqtona hansı mesajı verir? – ŞƏRH

“Tu-95MS” Berinq üzərində: Kreml Vaşinqtona hansı mesajı verir? – ŞƏRH
24.07.2025 17:08 Təhlil

“Rusiyanın nüvə silahı daşımaq imkanına malik “Tu-95MS” strateji bombardmançı təyyarələrinin ABŞ-nin Alyaska ştatına yaxın Berinq dənizi üzərində patrul uçuşu həyata keçirməsi Moskvanın qlobal güc nümayişinin açıq mesajıdır”.

Politoloq Züriyə Qarayeva bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, bu cür təyyarələrin seçilməsi və onların ABŞ-yə yaxın ərazidə görünməsi hərbi rəmz daşımaqla yanaşı, psixoloji və geosiyasi təzyiqin bir elementi hesab olunmalıdır.

"Bu addım son aylarda nüvə təhlükəsizliyi ilə bağlı artan gərginliyin fonunda atılıb. Bu, ABŞ-yə ünvanlanan dolayı, lakin kəskin xəbərdarlıq xarakteri daşıyır. Kreml Vaşinqtona mesaj vermək istəyir ki, hazıram, burdayam və gücümü göstərirəm”.

Analitikin qənaətincə, bu hərbi aktivlik Rusiya-NATO münasibətlərində gərginliyin səngimədiyini xatırladır və Moskvanın dünya güclərinə qarşı çoxşaxəli mövqe sərgilədiyini ortaya qoyur:

“Bu uçuşlar Ukrayna müharibəsindən tutmuş Çin-Tayvan qarşıdurmasına, eləcə də Yaxın Şərqdəki qeyri-sabitliyə qədər uzanan zəncirvari gərginliklərin fonunda baş verir. Rusiya bu gedişlə həm strateji oyun masasında mövcudluğunu təsdiqləyir, həm də ABŞ-nin diqqətini eyni anda bir neçə cəbhədə dağılmağa vadar edir”.

Politoloq sonda əlavə edib ki, bu cür addımlar birbaşa toqquşmaya səbəb olmasa da, qlobal güc balansında mesaj dəyəri daşıyan mühüm vasitələrdir və Moskvanın sakit, lakin sərt siqnallarından biridir.

Qeyd edək ki, Rusiyanın nüvə silahı daşımaq qabiliyyətinə malik "Tu-95MS" strateji bombardmançı təyyarələri ABŞ-nin Alyaska ştatına yaxın Berinq dənizi üzərində patrul uçuşu həyata keçirib.  Uçuşun məqsədi və təfərrüatları açıqlanmasa da, amerikalı ekspertlər bunu ABŞ-yə siyasi ismarış kimi qəbul ediblər. 

Töhfə Səməd



FOTOLAR

“Tu-95MS” Berinq üzərində: Kreml Vaşinqtona hansı mesajı verir? – ŞƏRH — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Bütün Xəbərlər