Ukrayna Azərbaycandan təbii qaz alacaq - Yeni müqavilənin perspektivləri

Ukrayna Azərbaycandan təbii qaz alacaq - Yeni müqavilənin perspektivləri
28.07.2025 16:26 Təhlil


Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycanın SOCAR şirkəti ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb.

Bu barədə TodayPress TV-yə danışan iqtisadçı Akif Nəsirli bildirib ki, Ukraynanın enerji tələbatını qarşılamaq məqsədilə Azərbaycanın qaz ixracının bir hissəsi bu ölkəyə yönəldiləcək. 

“Ukrayna əvvəllər ildə təxminən 18-19 milyard kubmetr qaz hasil edirdi. Hazırda da bu həcmdə hasilat davam edir. Lakin əvvəllər ölkə illik 25-26 milyard kubmetr qaz tələbatının 10 milyard kubmetrə qədər olan hissəsini Rusiya qazı ilə təmin edirdi. Müharibənin təsiri ilə əhalinin bir hissəsi ölkəni tərk edib, sənaye müəssisələri fəaliyyətini dayandırıb və nəticədə qaz tələbatı 6-7 milyard kubmetrədək azalıb”.  

İqtisadçının sözlərinə görə, Azərbaycanın TAP (Trans-Adriatik Boru Kəməri) vasitəsilə Bolqarıstana ötürdüyü qaz, Rumıniya ərazisindən keçməklə Ukraynaya çatdırılacaq. Artıq bu məqsədlə Bolqarıstanla əlavə boru kəməri bağlantısı da yaradılıb.

O əlavə edib ki, bu həm Azərbaycanın qaz ixracında yeni bir bazara daxil olması, həm də Avropanın enerji təhlükəsizliyində iştirakının genişlənməsi baxımından mühüm addımdır:

“Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı memorandumda qaz ixracının 20 milyard kubmetrə qədər artırılması hədəflənir. Ötən il 12 milyard kubmetr qaz ixrac olunmuşdu. Bu il də göstərici eynidir və həmin qazın bir hissəsi Ukraynaya yönəldiləcək. Gələcəkdə ixrac artdıqca, Ukraynaya satılan qazın həcmi də artırıla bilər”. 

Akif Nəsirli qeyd edib ki, bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi dividentlər vəd edir. Azərbaycan üçün yeni bazar imkanlarının açılması, Avropanın enerji təhlükəsizliyində payının artması və iqtisadi inteqrasiyanın dərinləşməsi ölkə üçün ciddi strateji üstünlüklər yaradır.

Türkan İsgəndərli

FOTOLAR

Ukrayna Azərbaycandan təbii qaz alacaq - Yeni müqavilənin perspektivləri — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Bütün Xəbərlər