“Fransa Ermənistanı xilas etməyəcək!” – Kartlar AÇILDI

“Fransa Ermənistanı xilas etməyəcək!” – Kartlar AÇILDI
17.09.2025 17:45 Təhlil

“Ermənistan hakimiyyəti hədəflərinə çatmaq və Avro-Atlantik məkana inteqrasiya üçün Fransanın dəstəyinə ümid edir”.

Politoloq Əli Orucov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O bildirib ki, Fransa ilə Ermənistan arasında sıx əməkdaşlıq mövcuddur və Paris İrəvanın əsas himayədarlarından biridir:

“Makron öz sələflərindən fərqli olaraq daha ifrat ermənipərəst mövqe nümayiş etdirdiyi üçün Yelisey Sarayının Azərbaycanla münasibətlərində gərginliklər yarandı. Bu da Fransanı Cənubi Qafqazda ciddi itkilər və ağır zərbələrlə üz-üzə qoydu. Bakının demarşı və neokolonializmə qarşı atdığı effektiv addımlar Parisin beynəlxalq nüfuzuna ciddi zərbə vurdu, xüsusilə də onun dənizaşırı bölgələrində çətinliklər yaratdı”.

Ekspert əlavə edib ki, 8 avqustda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşmalar, eləcə də Zəngəzur dəhlizinin açılması istiqamətində maneələrin aradan qaldırılması Parisin mövqeyində müəyyən yumşalma yaratdı:

“Bununla belə Fransanın Cənubi Qafqazda sülh və təhlükəsizlik naminə çalışdığını söyləmək çətindir. Çünki həmin ölkə Ermənistana hərbi, siyasi, maliyyə və digər dəstəklərini birtərəfli qaydada davam etdirir, onu yüksək dəqiqlikli silah-sursat və hərbi texnika ilə təchiz edir.

Fransa istər ATƏT-in Minsk Qrupu həmsədrlik dövründə, istər 44 günlük müharibədə, istərsə də ondan sonrakı mərhələdə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına heç bir töhfə verməyib. Əksinə, prosesləri qızışdırıb, işğalçılığı dəstəkləyib və Azərbaycana qarşı açıq-aşkar düşmən mövqeyi sərgiləyib. Ermənistan isə diplomatik müstəvidə əlini gücləndirmək, müttəfiq və tərəfdaşlarının dəstəyini artırmaq niyyətindədir. Buna baxmayaraq, indiyədək Azərbaycan diqtə edən tərəf kimi üstün mövqeyini qoruyub”.

Ə.Orucov, həmçinin əlavə edib ki, avqustun 8-dən sonra İrəvan ənənəvi tərəfdaşları olan İran və Rusiyanın hiddətini üzərinə çəkdi:

“Paşinyan yaxşı anlayır ki, Moskva onu rahat buraxmayacaq. Hərtərəfli basqılar fonunda Ermənistan hakimiyyəti qarşısına qoyduğu hədəflərə çata və götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. İrəvan bu hədəflərə çatmaq və Avro-Atlantik məkana inteqrasiya üçün Fransanın dəstəyinə ümid edir. Lakin bunun nə dərəcədə reallaşacağı sual altındadır. Çünki Ermənistan Ankara və Bakı ilə dil tapa bilməsə, diplomatik münasibətlər qura bilməsə, onun Fransanın dəstəyi ilə xilas olacağına inanmaq absurddur. Azərbaycan isə təşəbbüsü heç bir halda əldən verməyəcək”.

Qeyd edək ki, sentyabrın 16-da Parisdə Ermənistan və Fransa XİN arasında siyasi məsləhətləşmələr keçirilib.

İqtisadiyyat, infrastruktur, müdafiə və mədəniyyət sahələrində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət, eləcə də Ermənistan–Aİ tərəfdaşlığının gündəliyi müzakirə olunub.

Tərəflər Ermənistan–Fransa strateji tərəfdaşlıq sənədinin imzalanma müddəti, regional və beynəlxalq məsələlər, o cümlədən Ermənistan–Azərbaycan razılaşmaları və Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə də toxunublar.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

“Fransa Ermənistanı xilas etməyəcək!” – Kartlar AÇILDI — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 Bütün Xəbərlər