Trampın mesajı: Cənubi Qafqaz siyasətində Bakı ön planda!

Trampın mesajı: Cənubi Qafqaz siyasətində Bakı ön planda!
19.09.2025 19:02 Təhlil

“ABŞ Prezidenti Donald Trampın ABŞ-Azərbaycan münasibətləri çərçivəsində dostluq və əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlərin arxasında bir çox müxtəlif səbəblər dayanır”.

Politoloq Çingiz Şahbazi bunu TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, bu səbəblərin müəyyən məqsədlərə hesablanmasını da istisna etmək olmaz:

“Əlbəttə, ABŞ-nin Cənubi Qafqaz siyasəti, ilk növbədə, onun bu regionda geosiyasi maraqlarının təmin olunmasına yönəlib. Bu baxımdan Trampın Azərbaycan və Ermənistanla münasibətlərin dostluq və əməkdaşlıq səviyyəsində qurulmasına dair səsləndirdiyi bəyanatları məhz bu siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər”.

Ekspert bildirib ki, Azərbaycan Xəzər dənizində zəngin neft-qaz ehtiyatlarına malikdir və Avropaya alternativ enerji marşrutlarının mühüm hissəsini təşkil edir. Avropanın Rusiyadan enerji asılılığının aradan qaldırılması ABŞ üçün vazkeçilməz amildir. Bu səbəbdən Azərbaycan ABŞ üçün strateji əhəmiyyət daşıyan ölkələrdən biri kimi qəbul olunur. Azərbaycanın coğrafi mövqeyi, Rusiya və İranla həmsərhəd olması isə ABŞ üçün təsir imkanlarını genişləndirmək baxımından xüsusi önəm daşıyır.

“Donald Trampın liderlərin şəxsi keyfiyyətlərinə də üstünlük verdiyini zaman-zaman müşahidə etmişik. Bu, Azərbaycan Prezidenti İlham Əliyevə münasibətdə də nəzərdən qaçmadı. Ağ Evdə keçirilən üçtərəfli görüş zamanı Trampın İlham Əliyevə qarşı daha diqqətli və həssas davranış sərgilədiyi aydın göründü. Trampın ölkə başçısına yönələn müsbət jestləri, şübhəsiz, iki ölkə arasında isti münasibətlərin qurulmasına əhəmiyyətli dərəcədə töhfə verir. Bu, onun böyük siyasətçi olduğunu göstərən amillərdəndir”, - deyə analitik əlavə edib.

Ç.Şahbazi onu da vurğulayıb ki, Trampın Azərbaycan və Ermənistanla bağlı bəyanatları siyasi baxımdan da əhəmiyyətlidir. Həmçinin Trampın üslubundan güc alan ABŞ-Azərbaycan münasibətləri strateji dostluq görüntüsünü qabartmaqla bölgədə təsir dairəsini gücləndirməyə çalışır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp növbəti dəfə "Truth Social"dakı hesabında avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi tarixi görüşün fotosunu paylaşıb. O, paylaşımına bu sözləri əlavə edib:

“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda bu iki böyük lider və insanla, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq mənim üçün böyük şərəfdir. Bu mənim üçün, amma daha önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq!”.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət Birgə Bəyannamə imzalayıblar. Sənədin bəndlərindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") işə salınması ilə bağlıdır.

Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.

Qiymət Mahir

FOTOLAR

Trampın mesajı: Cənubi Qafqaz siyasətində Bakı ön planda! — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Bütün Xəbərlər