Ekspert: "Cinayətkarların cəzalandırılması Azərbaycan–Rusiya etimadını gücləndirə bilər"

Ekspert: "Cinayətkarların cəzalandırılması Azərbaycan–Rusiya etimadını gücləndirə bilər"
02.10.2025 14:24 Təhlil

Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı istintaqın Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən birgə aparıldığını bildirib.

O qeyd edib ki, işin istintaqının məntiqi nəticəyə çatacağına ümid edirlər.

Məsələni TodayPress TV-yə şərh edən siyasi şərhçi Taleh Əliyev bildirib ki, Azərbaycan baş prokurorunun jurnalistlər üçün verdiyi açıqlama, Rusiya tərəfindən Azərbaycan təyyarəsinin vurulması ilə bağlı uzun müddət davam edən susqunluq və bu məsələ ilə əlaqədar səsləndirilən ziddiyyətli, reallığı tam əks etdirməyən bəyanatlar fonunda bəlkə də irəliyə doğru atılmış bir addım kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, söhbət Azərbaycan təyyarəsinin vurulması və qəza enişi etdiyi ölkənin istintaq qurumlarının iştirakı ilə bu hadisənin birgə araşdırılması ilə bağlıdır ki, bu da belə bir ümid yaradır:

"Rusiya nəhayətdə gerçək cinayətkarların cəzalandırılması üçün özündə qətiyyət tapacaq və günahsız insanların ölümünə səbəb olan şəxsləri cəzalandıracaq. Belə olduğu halda isə Rusiya tərəfi son bir ildə gərginləşən Azərbaycan–Rusiya münasibətlərində yenidən etimadın formalaşmasına öz töhfəsini verəcəkdir".

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Ekspert: "Cinayətkarların cəzalandırılması Azərbaycan–Rusiya etimadını gücləndirə bilər" — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Bütün Xəbərlər