Medinskinin “qardaşlıq” açıqlaması: Həqiqətə uzaq, yalan yaxın...

Medinskinin “qardaşlıq” açıqlaması: Həqiqətə uzaq, yalan yaxın...
11.06.2025 15:22 Təhlil

“Rusiya münaqişəni dini və tarixi kontekstdə təqdim etməklə məsuliyyətdən yayınmağa çalışır”.

Politoloq Aydın Quliyev bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin "The Wall Street Journal" nəşrinə müsahibəsi zamanı səsləndirdiyi fikirləri TodayPress TV-yə şərh edərkən deyib. 

O, Medinskinin Rusiya-Ukrayna müharibəsini “iki qardaş xalqın qarşıdurması” kimi qələmə verməsini səmimi bəyanat kimi qəbul etmədiyini bildirib. 

“Çünki bu yanaşma problemin əsl mahiyyətini gizlətmək, onu emosional və tarixi çalarlarla pərdələmək cəhdidir.

Medinskinin müharibəni qardaşlar arasında anlaşılmazlıq kimi təqdim etməsi həqiqətə uyğun gəlmir. Bu, dövlət maraqları və milli mənafelər uğrunda ciddi qarşıdurmadır. Məsələnin dini, etnik və ya tarixi yaxınlıqla həll olunması mümkünsüzdür. Rusiya nə qədər ki, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanımır, bu qarşıdurmaya son qoymaq mümkün olmayacaq. Vasitəçilik edən tərəf kim olursa olsun – ABŞ, Türkiyə və ya Avropa İttifaqı ölkələri – nəticə yalnız beynəlxalq hüququn əsas götürülməsi ilə əldə oluna bilər”.

Analitikin fikrincə, münaqişənin davam etməsi region üçün yeni eskalasiya riskləri yaradır. O, bildirib ki, əgər tərəflər arasında sülh sazişi imzalanmazsa, münasibətlərin normallaşmasından danışmaq mümkün deyil. Atəşkəs sazişi yalnız müvəqqəti şərait yarada bilər, amma bu, müharibəyə formal olaraq ara verməkdən başqa bir şey deyil. Sülh müqaviləsi olmadan tərəflər qeyri-müharibə statusunda qalacaq, bu da hər an yeni münaqişə riski deməkdir.

"Medinskinin son bəyanatları Rusiyanın “ya hər şey, ya da heç nə” prinsipi ilə hərəkət etməsinin göstəricisi kimi dəyərləndirilməlidir. Rusiya ya Ukraynanı tam təslim olmağa məcbur etmək, ya da müharibəni davam etdirmək niyyətindədir. Hər iki halda da münaqişənin sonu görünmür. Müharibənin uzanması isə ilk növbədə Rusiyanın özünə ziyan vurur”.

Sonda Aydın Quliyev diqqətə çatdırıb ki, əslində bu qarşıdurmada Rusiya və Ukrayna tərəf deyillər: “Rusiya Ukraynaya qarşı yox, onun arxasında duran Qərb – ABŞ və Avropa dövlətlərinə qarşı savaşır. Məhz bu geosiyasi qarşıdurma vəziyyəti daha da mürəkkəbləşdirir”. 

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski "The Wall Street Journal" nəşrinə müsahibə verib. O bildirib ki, Ukrayna ilə Rusiya arasında baş verənlər fərqli mədəniyyətlərə malik ölkələr arasında müharibə deyil, eyni tarixə, dilə və mədəniyyətə sahib olan, bir xalqı təmsil edən iki dövlətin qardaş müharibəsidir. Ona görə də Rusiya Ukrayna ilə mümkün qədər tez münaqişəni bitirmək istəyir və bu iki ölkənin gələcəkdə yaxın müttəfiq olacağına inanırlar. 

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy isə Medinskinin aşıqlamasına sərt reaksiya verib. Rəsmi nümayəndənin sözlərinə görə, əgər Rusiya hansısa Mərkəzi və ya Şərqi Avropa ölkəsini "qardaş" adlandırırsa, o zaman bu hekayədə o, əlində daşı tutan Qabil rolundadır.

Töhfə Səməd

FOTOLAR

Medinskinin “qardaşlıq” açıqlaması: Həqiqətə uzaq, yalan yaxın... — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
SON DƏQİQƏ: İran hava məkanına daxil olan PUA vuruldu 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 Bütün Xəbərlər