Dəhlizlər ətrafında amansız mübarizələr: Prezidentin TBİLİSİ SƏFƏRİNİN ŞİFRƏLƏRİ

Dəhlizlər ətrafında amansız mübarizələr: Prezidentin TBİLİSİ SƏFƏRİNİN ŞİFRƏLƏRİ
06.04.2026 17:38 Təhlil

Prezident İlham Əliyev Gürcüstanda rəsmi səfərdədir. İlham Əliyevin Gürcüstana səfəri strateji tərəfdaşlığın gücləndirilməsi, enerji layihələrinin inkişafı və regional təhlükəsizlik məsələlərinin müzakirəsi istiqamətlərində Azərbaycanın mövqeyini möhkəmləndirmək üçün vacib bir addım kimi qiymətləndirilir.

Maraqlıdır, səfərdən nələr gözlənilir ?

Sözügedən mövzunu politoloq Tofiq Abbasov TodayPress TV-yə şərh edib.


O, bildririb ki, Gürcüstan bizim həqiqətən də strateji tərəfdaşımızdır və biz uzun illərdir birlikdə fəaliyyət göstərməklə dünya proseslərində, xüsusilə inteqrasiya proqramlarında həm yaxından iştirak etmiş, həm də böyük fayda əldə etmişik.

"Bu, ümumiyyətlə çox vacib göstəricidir. Çünki indi görürük ki, dəhlizlər ətrafında amansız mübarizələr gedir, döyüşlər aparılır. Yada salaq ki, Azərbaycan məhz Gürcüstan və Türkiyə vasitəsilə vaxtında vacib bir dəhlizin yaranmasına nail oldu və bu işin ən böyük benefisiarı, yəni xeyrini götürəni Avropa oldu",- analitik qeyd edib.

Politoloq vurğulayıb ki, biz ilk növbədə Gürcüstanla təhlükəsizlik məsələlərini həll edirik:

"Çünki istənilən iqtisadi konfiqurasiya işlək vəziyyətdədirsə, onun sabit şəkildə fəaliyyət göstərməsi ümumi məsələlərə müsbət təsir göstərir. Digər tərəfdən, təhlükəsizlik təmin olunduqda layihələrin işlək vəziyyətdə olması rifahın artmasına gətirib çıxarır. Azərbaycan bu proseslərə həqiqətən də böyük töhfə verib. Vaxtilə ümummilli lider Heydər Əliyevin iştirakı ilə, həmçinin Gürcüstan xalqının böyük oğlu Eduard Şevardnadzenin iştirakı ilə Azərbaycan Qafqaz regionundan Avropaya doğru böyük bir dəhliz açdı".

O, əlavə edib ki, sonradan qaz, neft, enerji, indi isə "yaşıl enerji" və yük daşımalarında Azərbaycanın rolu daim diqqət mərkəzində olub:


"Bu gün prezident İlham Əliyevin dost və qonşu ölkəyə dövlət səfəri də eyni məqsədlərə xidmət edir. Təbii ki, yan təsirləri də nəzərə almaq lazımdır".

Tofiq Abbasov diqqətə çatdırıb ki, Azərbaycan həmişə bölgədə, xüsusilə də dəhliz ətrafında sülh proseslərinin dərinləşməsinə çalışıb. Qarşıdurmalar üçün mövcud olan təzadlı məqamların aradan qaldırılması və həm dünyada, həm də bölgəmizdə sabitliyin təmin olunması prioritetimizdir.

Analitik əlavə edib ki, rəqəmsallaşma və informasiya texnologiyalarının inkişafı sahəsində də Azərbaycan işlək mexanizmləri tətbiq edir və bu sahədə pioner kimi çıxış edir. Məsələn, "BlackRock" kimi 1 trilyon dollarlıq maliyyə imkanlarına malik şirkət Azərbaycanı tanıyır və onunla əməkdaşlıq etmək istəyir.

"Beləliklə, Azərbaycan Mərkəzi Asiyadan başlayaraq, hətta uzaq Çindən Avropaya qədər olan nəqliyyat dəhlizlərinin açılmasına və maneəsiz fəaliyyətinə dəstək verir. Biz bunu təkcə hədəf kimi yox, həm də norma kimi qəbul edirik. Azərbaycanın bu proseslərdə sabitləşdirici rolu birmənalıdır. Gürcüstan da Azərbaycan tərəfindən göstərilən dəstəyi görür və buna görə də bu dövlət səfəri çərçivəsində əməkdaşlıq daha da möhkəmlənir",- politoloq nəzərə çatdırıb.

Ekspert, həmçinin bildirib ki, Azərbaycan örtülü bazar sisteminə aid deyil:


"Biz şəffaflıq və bərabərhüquqlu tərəfdaşlığın carçılarıyıq və bu dəyərləri həm özümüzdə, həm də tərəfdaşlarımız arasında tətbiq etməyə çalışırıq. Bu çox vacibdir, xüsusilə də bölgəmizdə dağıdıcı proseslərin getdiyi bir vaxtda. Azərbaycan bundan sonra da sabitləşdirici funksiyasını həm cənub, həm şimal, həm qərb, həm də şərq istiqamətlərində davam etdirəcək".

T. Abbasov bununla yanaşı, Gürcüstan və Türkiyə ilə münasibətlərimizin bizim üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb:

"Biz bu əlaqələri davam etdirəcək, diversifikasiya və şaxələndirmə məsələlərini gündəmdə saxlayacaq və bunun üçün bütün imkan və vasitələrdən istifadə edəcəyik".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 Bütün Xəbərlər