CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA

CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA
05.06.2026 14:57 Təhlil

Məlum olduğu kimi, 5 iyun 2026-cı il tarixində CNN özünün uydurduğu “mənbələrə” istinad edərək İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddiaların yer aldığı material yayımlayıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə operativ reaksiya veriblər. 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi dünyanın tanınmış transmilli media şirkətinin heç bir fakta istinad etmədən açıq-aşkar feyk məlumat tirajlamasını məqsədli şəkildə həyata keçirilmiş kobud informasiya manipulyasiyası hesab edib. Azərbaycan XİN isə bu iddiaları tamamilə əsassız adlandırıb və onları qətiyyətlə rədd etdiyini bildirib.

Bəs CNN Azərbaycandan nə istəyir?

TodayPress TV məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin mövqeyini öyrənib. 


O, Medianın İnkişafı Agentliyinin bu məsələ ilə bağlı açıqlamasını vaxtında verilmiş operativ açıqlama kimi qiymətləndirdiklərini bildirib:

“Beynəlxalq bir media qurumunun bu cür yalan və saxta xəbər yaymasından təəssüf hissi keçiririk. Bunun arxasında hansısa maraqların dayandığını düşünmək, müəyyən ehtimallar irəli sürmək olar. Təəssüf edirəm ki, hətta böyük media qurumları da bəzən hansısa siyasi məqsədlərə və proseslərə alət olurlar”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Bütün Xəbərlər